Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


22-04-2019, 21:03


Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə vətəndaşlarla bağlı həyata keçirilən uğurlu layihələr, tədbirlər, vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində imzalanan çoxsaylı fərman və sərəncamlar Qazax rayonunda da böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanır. Ölkə rəhbərinin siyasətinin əsasını təşkil edən vətəndaş amilinə yönəlmiş bütün işlər Qazaxda da daim diqqət mərkəzində saxlanılır. Son 3 il ərzində rayon rəhbərinin iş fəaliyyətinin əsasını rayon sakinləri və onları narahat edən məsələlərin təşkil etməsi hər kəsə yaxşı məlumdur. Bunu həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlərdən, fərdi qəbullardan da aydın şəkildə görmək olar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Qarapapaq kənd sakini Musayeva Səbinə Nəriman qızı yaşadığı evin divarlarında  yaranmış çatlarla bağlı müraciət etdiyini qeyd edib. Vətəndaşa qeyd olunan məsələ ilə əlaqədar yerində baxış keçiriləcəyi bildirilib.

Şəhər sakini, I qrup gözdən əlil Əliyev İlqar Ələddin oğlunun övladının işi ilə bağlı müraciətinə cavab olaraq istəyinə uyğun işi yeri yaranan zaman baxılacağı qeyd olunub.

Ürkməzli kənd sakini Orucova Ayşən Oruc qızı iş yerinin dəyişdirilməsinə köməklik olunmasını xahiş edib. Vətəndaşa boş yer yaranan zaman məlumat veriləcəyi bildirilib. Eyni zamanda, dövlət qulluğuna imtahanda iştirak etməsi tövsiyə olunub.

Şəhər sakinləri Həsənov Asif Söyün oğlunun, Məhəmmədova Züleyxa Xəlil qızının, Xanlıqlar kənd sakini Həsənov Elnur Həsən oğlunun, Çaylı kənd sakini İsmayılov Rafiq İsmayıl oğlunun, Alpout kənd sakini Qurbanov Müşviq Maksim oğlunun, İkinci Şıxlı kənd sakini Məhəmmədov Zakir Məhəmməd oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.




GOYEZEN.AZ


Geri qayıt