Əsas Səhifə > Manşet / Sosial > Qazaxbəyli kənd uşaq bağçasında işlər davam edir

Qazaxbəyli kənd uşaq bağçasında işlər davam edir


16-04-2019, 20:49

Son 3 il ərzində Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də əməli işlər görülür. Rayon rəhbərinin bu sahəni daim diqqət mərkəzində saxlamasının nəticəsidir ki, rayonda olan bağçaların tikintisi və yaxud da əsaslı şəkildə təmir olunması istiqamətində görülən işlərin sayı ilbəil artır. Rayonda olan 25 uşaq bağçasından 17-nin tam müasir standartlara cavab verən səviyyədə olması bu dediklərimizin əyani göstəricisidir. Şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarını, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları həmin təmirli bağçalardır.

Ötən il olduğu kimi, bu il də bağça tikintisi və ya əsaslı təmir olunması diqqət mərkəzindədir. Bu il də bu sahədə görülən işlərə böyük sürətlə start verilib. Belə ki, rayonda təmirə ehtiyacı olan daha bir neçə kənd bağçası var ki, onlardan biri də Qazaxbəyli kənd uşaq bağçasıdırArtıq xeyli vaxtdır ki, uşaq bağçasının təmirinə başlanılıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə uşaq bağçasında olub, görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, bağça binasının dam örtüyü dəyişdirilib. Əlavə mətbəx inşa olunub. Eyni zamanda, bağçanın ətrafına hasar çəkilərək suvanıb. Hazırda bağça binasının daxilində işlərə start verilib. Belə ki, 2 ədəd sanitar qovşağı yaradılıb. Arakəsmələr hörülüb. Köhnə suvaqlar çapılaraq tökülüb və yenisi ilə üzlənib. Tavanda alçipan vurulması işləri görülür. Yeni qapı və pəncərələr qoyulacaq. Eyni zamanda, yaxın vaxtlarda santexnik işlərinə başlanılacaq, yeni istilik sistemi çəkiləcək. Bağçanın həyətində də abadlıq işləri aparılacaq. Tamet döşənəcək və həmişəyaşıl gül kolları əkiləcək.

Kənd ağsaqqallarından Məmməd Hüseynov, Yasin Babayev, Mayıl Məmmədov, bağça müdiri Gözəl Allahverdiyeva çıxış edərək son illər rayonda, eləcə də Qazaxbəyli kəndində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Bütün sahələrlə yanaşı, rayonda körpələrə olan qayğını və bağçanın təmir olunmasını kənd sakinləri olaraq minnətdarlıq hissi ilə qarşıladıqlarını vurğulayıblar. Təmir işlərinin aparılmasına görə ölkə başçısına və rayon rəhbərliyinə işçilər, valideynlər, eləcə də bütün kənd sakinləri adından bir daha minnətdarlıqlarını çatdırıblar.

Görülən işlərlə tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib. 




GOYEZEN.AZ


Geri qayıt