Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Aprel döyüşlərinin qəhrəmanı ehtiramla yad edildi

Aprel döyüşlərinin qəhrəmanı ehtiramla yad edildi


14-04-2019, 09:59

Respublika mətbuatı Qazax haqqında


Tarixə düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim zəfər salnaməmizdir. Həmin döyüşlərdə şəhid olanlardan biri Elvin Namazovdur.

Bu günlərdə şəhidin doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kəndində yenə də böyük izdiham var idi. Elvin Namazovun xatirəsinə ehtiram göstərmək üçün kənd qəbiristanlığına yüzlərlə insan toplaşmışdı. Anım mərasimində çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkə rəhbərinin diqqət və qayğısı sayəsində ordumuzun qazandığı nailiyyətlərdən söz açmış, Aprel döyüşlərini böyük qələbəmizə aparan şanlı yolun başlanğıcı kimi dəyərləndirmişdir. O, qeyd etmişdir ki, Aprel döyüşlərində şəhid olan Elvin də həmyerlilərinin qəlbində yaşayır. Elvin təkcə ata-anasının deyil, Azərbaycan xalqının oğludur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Mehman Rəhimov Elvin Namazovun həyat və döyüş yolundan, xidməti uğurlarından danışmışdır. Demişdir ki, 1990-cı ildə anadan olan Elvin 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində birillik kurs keçmiş və Müdafiə Nazirliyinin xüsusi təyinatlılardan ibarət "Nsaylı hərbi hissəsində komandir vəzifəsinə təyin olunmuşdu. 2016-cı ildə ona baş leytenant rütbəsi verilmiş və təmas xəttinə göndərilmişdi. Tərtər istiqamətində gedən döyüşlərdə düşmənin həmlələrinin qarşısının alınmasında fəallıq göstərmiş, 2016-cı ilin aprel ayında erməni ordusunun hücumunun qarşısını alarkən gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, ölümündən sonra göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamına əsasən "Vətən uğrundamedalı ilə təltif olunmuşdur.

Anım mərasimində qeyd edilmişdir ki, Elvin Namazovun əziz xatirəsini əbədiləşdirmək üçün rayonda bir çox işlər görülmüşdür. Qazax şəhərinin mərkəzində onun xatirəsinə bulaq kompleksi inşa edilmiş, Azərbaycan Respublikasının Prezidenti yanında və "Öyrədərək öyrənirikGənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Vətən üçün hazır ol!” layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğrusənədli filmində haqqında geniş bəhs olunmuşdur.

Rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı və başqaları çıxış edərək şəhidin ailəsinə belə bir oğul böyütdüklərinə görə minnətdarlıq etmiş, Vətən uğrunda şəhid olanların heç vaxt unudulmayacaqlarını bildirmişlər.

Şəhidin atası Məmməd Namazov Elvinin xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, mərasim iştirakçılarına ailəsi adından minnətdarlıq etmişdir. Mərasimdə Yuxarı Salahlı kənd orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər səsləndirmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.

SLİYEV,

"Azərbaycanqəzetinin bölgə müxbiri

14 aprel 2019-cu il 


Geri qayıt