Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxlı gəncdən ölkə başçısına minnətdarlıq məktubu

Qazaxlı gəncdən ölkə başçısına minnətdarlıq məktubu


6-04-2019, 18:08


Hörmətli cənab Prezident.

Azərbaycan gəncliyinin ən böyük hamisi kimi Sizin hər zaman bizə göstərdiyiniz inam, diqqət və qayğıdan qürur duymuşuq. Gənclərlə görüşləriniz zamanı nəcib bir fəaliyyət kimi dəyərləndirdiyiniz könüllülük fəaliyyəti hazırda ölkəmizdə geniş vüsət alıb. Sizin də dediyiniz kimi, ölkəmizdə könüllülük hərəkatı var. Bu hərəkat yaşayır və daim yüksələn xətlə inkişaf edəcək.

Sizin bu il fevralın 4-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı tapşırıq və tövsiyələrinizə müvafiq olaraq şəhər və rayonlarda könüllülük fəaliyyəti uğurla həyata keçirilir. Siz bu təşəbbüsünüzlə cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılmasını, onlara peşə vərdişlərinin aşılanmasını və təcrübi biliklərinin artırılmasını, gənclərin yaradıcılığının və potensialının üzə çıxarılmasını dəstəklədiyinizi bir daha sübut etdiniz.

Möhtərəm cənab Prezident, bu gün dövlətimizin uğurlu inkişafını gözü götürməyən qüvvələr bəzən gəncləri də öz oyunlarında alət etməyə çalışır. Lakin gənclərin mütləq əksəriyyəti həmin təsisatların əsl niyyətlərindən xəbərdardır. Biz gənclər daim Sizin yanınızdayıq, Sizin sadiq əsgərlərinizik. Sizə uzun ömür, möhkəm cansağlığı, ulu öndərimiz Heydər Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycanın tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.

Hörmətlə,

Zeynalov Ülvi Ceyhun oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu.

6 aprel 2019-cu il
Geri qayıt