Əsas Səhifə > Manşet / Şəhidlər > Şəhid Əlləz Əlləzovun yeddi mərasimi keçirilib

Şəhid Əlləz Əlləzovun yeddi mərasimi keçirilib


2-04-2019, 18:19


Bu gün martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin Füzuli rayonu istiqamətində törətdikləri təxribatlar nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, həmyerlimiz Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlunun şəhidlik adlı zirvəyə ucaldığı gündən 7 gün ötür.

Azərbaycan Ordusunun düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan hərbçimiz – Əlləz Əlləzovun doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində yeddi mərasimi keçirilib.

Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, "Şöhrət” ordenli məşqçiFirdovsi Umudov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, "Qazax Xeyriyyə” İctimai Birliyinin sədr müavini Arzuman Abdulkərimov, mətbuat katibi, fəlsəfə doktoru, dosent Yusif Alı Afşar, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin əmək kollektivləri, veteran və gənclər təşkilatlarının üzvləri, Qarabağ müharibəsi veteranları, əlilləri, ictimaiyyətin müxtəlif təbəqələrinin və KİV nümayəndələriiştirak ediblər. Şəhidin atası Əlləddin Əlləzovla görüşüb, ona başsağlığı veriblər. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərdiyini qeyd edən qonaqlar bütün şəhidlərimiz kimi, şəhid Əlləz Əlləzovun da xatiəsinin hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını vurğulayıblar. Bütün şəhidlərimizə, onların ailələrinə qayğı ilə yanaşmağın hər bir vətəndaşın müqəddəs borcu olduğunu bildiriblər.  

Şəhid atası Ələddin Əlləzov övladı ilə fəxr etdiyini bildirərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib və Vətən sağ olsun söyləyib. Onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına ailəsi adından minnətdarlığını çatdırıb.






GOYEZEN.AZ

 


Geri qayıt