Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı görülən işlərlə maraqlanıb

İcra başçısı görülən işlərlə maraqlanıb


16-03-2019, 21:26


Bu gün tam əminliklə deyə bilərik ki, gündən-günə inkişaf edən Qazax rayonunda bütün sahələr inkişaf edir. Rayonda aparılan abadlıq, tikinti-quruculuq işlər bunu söyləməyə əsas verir. İstər yeni bağçaların, məktəblərin tikilməsi, istər yeni yolların çəkilməsi, bir sözlə, bütün sahələrdə görülən işlər Qazaxda olan inkişafdan xəbər verir.

Rayonda ölkə rəhbərinin müvafiq Sərəncamlarına əsasən həyata keçirilən işlərdən biri də çoxmənzilli binaların əsaslı təmir olunmasıdır. Görülən işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunub.

Sevindirici haldır ki, çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri bu il də davam etdirilir. Belə ki, hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır. Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilir. Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada isə təmir işləri yekunlaşıb.

Təmir işləri başlayan ilk gündən rayon rəhbərliyi çoxmənzilli binalarda görülən işləri daim diqqət mərkəzində saxlayır, işlərin keyfiyyəti ilə maraqlanır, lazımi tapşırıq və tövsiyələrini verir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Heydər Əliyev prospektində yerləşən 173 və 175 saylı binalarda, eləcə də Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında tikilən xeyir-şər evində görülən işlərlə tanış olub.

Rayon rəhbərinə bildirilib ki, bütün binalarda işlərin böyük hissəsi görülüb, demək olar ki, yekunlaşmaq üzrədir.

Bina sakinləri Qazaxda görülən genişmiqyaslı işlərə, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, xüsusilə də çoxmənzilli binaların təmirinə görə dövlət başçısı İlham Əliyevə hər zaman minnətdarlıqlarını bildirirlər.

Heydər Əliyev prospekti - 173 saylı bina



Heydər Əliyev prospekti - 175 saylı bina


Azadlıq küçəsi - 206A saylı bina




GOYEZEN.AZ


Geri qayıt