Əsas Səhifə > Manşet / Sosial > Qazaxın sərhəd kəndi Qaymaqlıda yem emalı məntəqəsi tikilir

Qazaxın sərhəd kəndi Qaymaqlıda yem emalı məntəqəsi tikilir


11-01-2019, 10:43


Yola saldığımız 2018-ci il təkcə rayonumuz üçün uğurlu bir olub desək lap yerinə düşər. Genişmiqyaslı tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazaxda bütün sahələr üzrə uğurlu nəticələr əldə olunmuşdur. Sevindirici hal isə odur ki, şəhər mərkəzi ilə yanaşı, rayonun bütün kəndlərində, o cümlədən də sərhəddə yerləşən kəndlərimizdə də abadlıq və quruculuq işləri həyata keçirilmişdir.

2018-ci il Qazaxın sərhəddə yerləşən Qaymaqlı kəndinin sakinləri üçün də uğurlu bir il olmuşdur. İstər dövlət tərəfindən göstərilən diqqət və qayğı, istərsə də rayon rəhbərliyinin qayğısı, gördüyü işlər bu il də davam etdirilmişdir.

Kənddə həyata keçirilən məqsədyönlü işlərdən biri isə qarşılıqlı əməkdaşlıq üzrə Şərq-Qərb İdarəetmə İnstitutu ilə Qaymaqlı İcma Qrupu və Bələdiyyəsi arasında imzalanan anlaşma memorandumudur. Məhz həmin memoranduma əsasən bu gün Qaymalıda "Sosial İqtisadi İnkişaf Fəaliyyəti” layihəsi çərçivəsində yem emalı məntəqəsi tikilir.

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev yem emalı məntəqəsində olub, görülən işlərlə maraqlanıb.

Rayon rəhbərliyinə məlumat verilib ki, kənd əhalisinə xidmət edəcək bu məntəqə tam müasir standartlara cavab verən avadanlıqlarla da təmin olunacaqdır. Hazırdə məntəqədə son tamamlanma işləri aparılır.

Sərhəddə yaşayan sakinlər bu cür layihələrin icra olunmasını yüksək qiymətləndirirlər. Kənddə belə məntəqənin inşasına böyük ehtiyac olduğunu bildirən sakinlər bu gün onların tələbatını ödəyəcək yeni yem emalı məntəqəsinin tikintisinə görə əməyi keçən insanlara minnətdarlıqlarını bildirirlər.                                                                        

Məlumat üçün qeyd edək ki, Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI), "Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz ilə strateji tərəfdaşlıq şəraitində, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilənAzərbaycanda beş illik Sosial İqtisadi İnkişaf fəaliyyətini (SEDA) həyata keçirir.

GOYEZEN.AZ


Geri qayıt