Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda istixanaların sayı getdikcə artır

Qazaxda istixanaların sayı getdikcə artır


3-01-2019, 16:30


Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da sahibkarlara və fermerlərə lazım olan bütün şərait yaradılır. Son iki il yarımda rayon rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, rayonda əkin sahələrinin hektarı ildən-ilə genişləndirilir.

Bu gün isə sevindirici haldır ki, əkin sahələri ilə yanaşı, istixanaların da sayı getdikcə artır. Yeni yaradılmış bu istixanalar eyni zamanda yeni iş yerlərinin açılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir.

Öz kiçik təsərrüfatını quraraq çörək pulunu halal zəhməti ilə torpaqdan qazanan fermerlərdən biri də Anar Əfəndiyevdir. Uzun müddət təsərrüfatla məşğul olmuş A.Əfəndiyev təsərrüfatını genişləndirərək istixana qurmağı qərara alıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bir qrup nümayəndənin iştirakı ilə fermerlər və onların yeni yaratdığı təsərrüfatlarla tanışlıq məqsədilə rayonda yaradılmış istixanalarda olublar.


Çaylı kəndi ərazisində Anar Əfəndiyevə məxsus yeni yaradılan istixanada görülən işlərlə tanış olan rayon rəhbərliyinə məlumat verilib ki, istixananın sahəsi 0,55 hektardır. Təsərrüfat rəhbəri qeyd edib ki, yeni yaradılan bu istixanada pomidor yetişdirilməsi nəzərdə tutulub. A.Əfəndiyev təsərrüfata müasir standartlara və aqrotexniki qaydalara uyğun xidmət göstərilməsi üçün lazımi hazırlıq işlərinin də görüləcəyini bildirib.

İstixanada görülən işlərlə tanış olan M.Alıyev öz tapşırıq və tövsiyələrini verib, gələcək işlərində ona uğurlar arzulayıb.







GOYEZEN.AZ

 


Geri qayıt