Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı balaca fidanların yeni ilini təbrik edib

İcra başçısı balaca fidanların yeni ilini təbrik edib


26-12-2018, 21:08


Bu gün hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummillli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. O dövrdən ölkəmizdə uşaqlara xüsusi məhəbbət, diqqət və qayğı vardır. Onların layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır.

Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Respublika Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

 

Son iki il yarımdır ki, Qazaxda da uşaqlara olan bu diqqət və qayğı daim nəzarətdə saxlanılır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi həssaslıqla yanaşır, onların gözəl şəraiti olan bağçalarda tərbiyə olunmaları istiqamətində məqsədyönlü işlər görür. Bu gün bu işləri rayon bağçalarında yaradılan şəraitdən, körpə balalara olan qayğıdan da aydın şəkildə görmək olar. Rayonda olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırılması, uşaqların keyfiyyətli ərzaq təminatı ilə təmin olunması uşaqlara olan diqqət və qayğıdan xəbər verir.

 

Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları isə bu dediklərimizin əyani sübutudur. Bundan əlavə, şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması bu sahəyə olan diqqətin bundan sonra da yüksək səviyyədə olacağını bildirir. Məhz bunun nəticəsidir ki, bu gün rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar və Daş Salahlı kəndlərinin hər birində 1 bağçanın təmir olunması nəzərdə tutulub.

Rayon rəhbəri hər il olduğu kimi, bu il də bayram günlərində körpə balaları təbrik etməyi yaddan çıxartmayıb. Bu həftə ərzində şəhərdə olan bağçalarda olub, balaca fidanlar üçün təşkil olunmuş yeni il şənliklərində iştirak edib, onlara ən xoş arzularını çatdırıb.


İcra başçısı bu gün daha iki bağçada olub.

Qazaxbəyli kəndində sakinlərlə keçirilən səyyar görüşdən sonra kənddəki uşaq bağçasına baş çəkib, uşaqları və müəllimləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib.

Rayon rəhbəri bu gün sərhəddə yerləşən Quşçu Ayrım kənd uşaq bağçasında tərbiyə alan uşaqların da bayramını təbrik edərək səmimi arzularını çatdırıb. Uşaqların söylədikləri bayrama həsr olunmuş şeirləri dinləyib.

Hər iki bağçanın müdirləri, müəllimləri, tərbiyəçiləri rayonda körpə balalara göstərdiyi sonsuz diqqət və qayğıya görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.









GOYEZEN.AZ

 

 


Geri qayıt