Əsas Səhifə > Manşet / Rəsmi > Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçasında yeni il şənliyi keçirilib

Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçasında yeni il şənliyi keçirilib


24-12-2018, 21:20


Uşaqların həvəslə gözlədikləri bayramlardan biri də yeni il bayramıdır. Həmin gün uşaqlar deyib-gülür, şənlənir, mahnı və şeirlər oxuyur, rəqs edirlər. Şaxta Baba və Qar qız yeni il şənliklərini daha da şənləndirir, körpə fidanlara hədiyyələr verirlər.

Bu gün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçasında da bayram şənliyi keçirilib.

Fəaliyyətə başladığı ilk gündən körpə balaların sağlam mühitdə böyüməsi, gözəl və yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunmaları üçün əlindən gələni əsirgəməyən rayon rəhbərliyi bu bayramda da körpə fidanları təbrik edib.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatı Ülviyyə Ağayeva 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bağçada təşkil olunmuş bayram şənliyində iştirak edərək uşaqlara, onların tərbiyəçilərinə ən xoş təbriklərini çatdırıblar.

Bu bağçada da uşaqlar rayon rəhbərini və qonaqları böyük sevinc hissi ilə qarşılayıblar. Bayram şənliyində iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qarşıdan gələn yeni il münasibətilə bütün balaları təbrik edib, onlara ən səmimi arzularını bildirib.

 

İcra başçısı qeyd edib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevir, onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. Ulu öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün isə Respublika Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva  tərəfindən uğurla davam etdirilir. Biz bu qayğını respublikamızda tikilərək körpə balaların istifadəsinə verilən saysız-hesabsız məktəb binalarından, uşaq bağçalarından aydın şəkildə görürük.

Rayon rəhbəri qeyd edib ki, son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan danışıb, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını bildirib. Rayonda olan 25 bağçadan 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılması bunun əyani sübutudur. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu dövlətimiz və dövlət başçımız tərəfindən uşaqlara olan qayğının bölgələrimzidə də olduğu kimi icra edilməsi deməkdir.

Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Bu gün rayonda uşaqlara və bağçalara göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq təminatının, istərsə də yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu qeyd edib.


Milli Məclisin deputatı Ülviyyə Ağayeva öz çıxışında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün körpələri, müəllimləri təbrik edib, onlara xoş arzularını bildirib. Qeyd edib ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Sevinirəm ki, ölkə başçısının uşaqlara olan qayğısı bölgələrimizdə də aydın görünür. Qazaxda körpələr evi-uşaq bağçalarında yaradılan şərait və uşaqlara olan qayğı isə göz qabağındadır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən hər bir körpəni öz doğma nəvəsi kimi sevməsi, onların gözəl bağçalarda təlim-tərbiyə almaları üçün həyata keçirdiyi məqsədyönlü işlər, tikilərək istifadəyə verilən saysız-hesabsız uşaq bağçaları rayonda körpələrə olan qayğının ən bariz nümunəsidir.

Bağça müdiri İradə Mustafayeva çıxış edərək bildirib ki, bu gün bizim üçün ikiqat bayramdır. Ona görə ki, bu gün bizim bağçamızın yeni binasının istifadəyə verilməsinin 1 ili tamam olur. Həm də ona görə sevinirik ki, bu gün biz ölkə başçısının ad günündə belə bir şənliyə toplaşımışıq. Qazaxda böyüməkdə olan gənc nəslə göstərilən diqqət və qayğıdan danışan bağça müdiri Respublika Prezidenti İlham Əliyevə, fəaliyyətə başladığı ilk gündən körpə fidanlara olan sonsuz qayğısına görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova valideynlər, müəllimlər, tərbiyəçilər adından öz dərin minnətdarlığını bildirib. Bu gün rayondakı bütün körpələr evi-uşaq bağçalarında uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şərait yaradıldığını qeyd edib. Sonra söz uşaqlara verilib. Bir-biridən rəngarəng çıxışlar, səhnəciklər bayram şənliyinə əsl bayram əhval-ruhiyyəsi qatıb. Körpə fidanların dilindən söylənilən Vətənə, xalqa, anaya, məktəbə, bağçaya, şəhidlərə həsr olunmuş şeirlər alqışlarla qarşılanıb. Şaxta baba ilə Qar qızın şənliyə qatılması uşaqların böyük sevincinə səbəb olub. 2018-ci ili uğurla yola salan körpə fidanlar 2019-cu ili sevinclə qarşılayıblar.

Sonda uşaqlara bayram süfrəsi açılıb. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.



























GOYEZEN.AZ
<!-- [if !supportLineBreakNewLine] -->
<!-- [endif] -->


Geri qayıt