Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

Qazaxda ədliyyə işçilərinin peşə bayramı qeyd olunub


22-11-2018, 14:10


Bu gün Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə icraaparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə təşkilatların rəhbərləri, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, məhkəmə, ədliyyə işçiləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar. Dahi şəxsiyyətin adını daşıyan mərkəzdə müstəqil Azərbaycanın çiçəklənməsi naminə həyata keçirdiyi misilsiz xidmətlərə bir daha nəzər salıblar.









Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovtədbiri giriş sözü ilə açaraq Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi və ədliyyə işçilərinin peşə bayramları münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, xoş arzularını çatdırıb.

Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından, rayonda aparılan abadlıq və quruculuq işlərindən danışıb.


Rayon rəhbəri Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər və qazanılan nailiyyətlərin Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşdırılan genişmiqyaslı işlərin göstəricisi olduğunu vurğulayıb. O, dövlət başçısının rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyini, səlahiyyətlərinin xeyli genişləndiyini, cəmiyyətdə yerinin və rolunun əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyətini qeyd edib.


Qazax rayon Məhkəməsinin hakimi Ağarza Səmədov çıxış edərək müasir Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş  22 noyabr - ədliyyə işçilərinin peşə bayramı gününün artıq 18 ildir ki, ədliyyə və məhkəmə orqanlarında böyük ruh yüksəkliyi ilə geniş qeyd olunduğunu bildirib. Azərbaycan ədliyyəsinin yaranma tarixindən, keçdiyi keşməkeşli yoldan söz açaraq bu gün bu sahədə görülən məqsədyönlü işlərdən söz açıb. Azərbaycan Xalq Cümhuriyyəti ilə eyni anda yaranan və bu il 100 yaşı tamam olan Azərbaycan ədliyyəsinin hər zaman xalqın mövqeyini, mənafeyini üstün tutduğunu qeyd edib. Ədliyyə sistemində köklü şəkildə aparılan dəyişikliklərdə, qəbul olunmuş qərarlarda həmişə vətəndaş mövqeyinin nəzərə alındığını bildirib.


A.Səmədov peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçilərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da böyük səy və yüksək məsuliyyət hissi ilə çalışaraq xalqımıza şərəflə xidmət edəcəklərinə, ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirəcəklərinə əminliyini qeyd edib.

Rayon Prokuroru Əlirza Babayev, Polis şöbəsinin rəisi Ədalət Əliyev, Qeydiyyat şöbəsinin rəisi Məsumə Səmədova, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov çıxış edərək ədliyyə və məhkəmə orqanlarında çalışan bütün əməkdaşları Azərbaycan ədliyyəsinin 100 illik yubileyi və əlamətdar gün münasibətilə təbrik edərək onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində nailiyyətlər arzulayıblar.

Sonda "22 Noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə və əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə” ədliyyə işçilərinin bir qrupuna Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.

Fəxri Fərmana layiq görülmüş Qazax rayon Məhkəməsinin hakimi Ağarza Səmədov, Dövlət Notariat Kontorunun rəisi İlyas Tağıyev, Qeydiyyat şöbəsinin rəisi Məsumə Səmədova çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq ədliyyə işçilərini peşə bayramları münasibətilə bir daha səmimi qəlbdən təbrik edib, müstəqil, suveren dövlət olan Azərbaycanın bundan sonra da yüksəklərdə olması naminə gördükləri bütün işlərdə uğurlar arzulayıb.










GOYEZEN.AZ

 


Geri qayıt