Əsas Səhifə > Manşet / Sosial > Mərkəzi Xəstəxana binasında işlər yekunlaşmaq üzrədir

Mərkəzi Xəstəxana binasında işlər yekunlaşmaq üzrədir


8-10-2018, 21:31


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 6 saylı körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olduqdan sonra Mərkəzi Xəstəxana binasında görülən son tamamlanma işləri ilə maraqlanıb.

Baş iş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 5 korpusda aparılan əsas tikinti işləri demək olar ki, yekunlaşmaq üzrədir. Köməkçi binaların hamısı tam hazırdır. Binanın həyətində abadlıq və səliqə-sahman işləri aparılıb.

Qeyd edib ki, hazırda görülən əsas işlərdən biri binanın giriş hissəsinə spayderin vurulmasıdır ki, burada şüşənin vurulması başa çatmaq üzrədir.

Son tamamlanma işləri ilə yaxından tanış olan rayon rəhbəri işlərin daha da sürətləndirilməsini və keyfiyyətlə aparılmasını tapşırıb.

Məlumat üçün onu da bildirək ki, 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq Qazax rayon Mərkəzi Xəstəxana binası 10 korpusdan ibarət olacaqdır. Bundan əlavə, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Transformator stansiyası üçün bina tikilib. Nəzarət-buraxılış məntəqəsi tikilib. Hazırda işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, 5 korpusun istifadəyə verilməsinə sayılı günlər qalıb.


















GOYEZEN.AZ

 


Geri qayıt