Əsas Səhifə > Manşet / Sosial > 6 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir

6 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir


8-10-2018, 21:15


Rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulmasıdır. Son 2 il 4 ay ərzində rayonda çoxsaylı bağçaların təmir olunması üçün verilən tapşırıq və tövsiyələr bunu söyləməyə əsas verir.

Bu gün rayonda olan təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı körpələr evi-uşaq bağçaları, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları bu istiqamətdə görülən məqəsdyönlü işlərin bariz nümunəsidir.  

Tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də uğurla davam etdirilir.

Məlumat verdiyimiz kimi, şəhərdə yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. 1 aydan artıqdır ki, bununla bağlı bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 6 saylı körpələr evi-uşaq bağçasında görülən işlərlə tanış olub.

İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, binada bütün işlər paralel şəkildə həyata keçirilir. Belə ki, otaqlarda olan köhnə suvaq çapılaraq tökülür və yenisi ilə əvəz olunur. Bundan əlavə, döşəmədə lazım olan hissələrə beton tökülür. Suvaqaltı elektrik xətləri çəkilir. Tavana alçipan vurulur. Lazım olan hissələrdə arakəsmə hörgü işləri həyata keçirilib. Binanın daxili ilə yanaşı, xarici fasadında da suvaq işləri aparılıb. Dam örtüyü sökülərək yenidən vurulub.

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.

Məlumat üçün bildirək ki, bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir.













GOYEZEN.AZ

 


Geri qayıt