Əsas Səhifə > Manşet / Sosial > İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında işlərin xeyli hissəsi görülüb

İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında işlərin xeyli hissəsi görülüb


5-10-2018, 22:54


Tikinti başlayan ilk gündən mütəmadi olaraq bağçada görülən işlərlə tanış olan rayon rəhbəri bu gün də İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında olub.

İcra başçısına məlumat verilib ki, istifadəyə verildiyi gündən təmir olunmayan, uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşən və əsaslı təmirə böyük ehtiyac olan bağçada ilk gündən tikinti işləri sürətlə aparılır. Bunun nəticəsidir ki, bağça binasında əsas işlərin xeyli hissəsi görülüb. Bütün otaqlarda köhnə suvaqlar çapılaraq tökülüb, köhnə qapı və pəncərələr, tavan və döşəmə sökülüb.  Əvəzində yeni qapı və pəncərələr quraşdırılıb. Pəncərələrin ətrafına aqlaydan haşiyələrin vurulması işi başa çatıb. Əlavə olaraq tikilən qrup otaqlarının hörgü və suvaq işləri tam başa çatıb. Bundan əlavə, binanın dam örtüyü yenilənib. Yeni bağça binasının qaz, işıq və su-kanalizasiya xətti çəkilib. Müasir istilik sistemi ilə təchiz olunub. Sanitar qovşaqlarda kafel-metlak vurulması tamamlanıb. Bağçanın ətrafına hasarın çəkilməsi işi də tam başa çatıb. Hazırda bağçanın həyətinə tamet döşənir və abadlıq işləri aparılır.  

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılması barədə tapşırıq və tövsiyələrini verib.

Kənd sakinləri ilə yanaşı, müəllim və valideynlər də rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, eləcə də İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına görə rayon rəhbərinə minnətdarlıqlarını bildirirlər. Son 2 il 4 ayda rayonda bağçaların əsaslı şəkildə yenidən qurulması istiqamətində görülən işləri gələcəyimiz olan uşaqlara göstərilən yüksək qayğı kimi qiymətləndirirlər. 

Sonra rayon rəhbəri İkinci Şıxlı kənd 3 saylı körpələr evi-uşaq bağçasında olub, mövcud vəziyyətlə maraqlanıb.

Məlumat üçün bildirək ki, bu gün rayonda 25 uşaq bağçası fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları tikilmiş və əsaslı təmir olunan bağçalardandır. Şəhərdə olan sonuncu 6 saylı bağçada da əsaslı şəkildə yenidənqurma işləri aparılır.








GOYEZEN.AZ

 


Geri qayıt