Əsas Səhifə > Manşet / Təhsil > İcra başçısı gənc müəllimlərlə görüşüb

İcra başçısı gənc müəllimlərlə görüşüb


14-09-2018, 18:00


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən rayonda daim diqqət mərkəzində saxladığı sahələrdən biri də təhsil sahəsidir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını elə ilk gündən hiss edirlər. Rayon rəhbərinin mütəmadi olaraq təhsildə fərqlənən müəllim və şagirdləri qəbul etməsi, məktəblərdə onlar üçün yaradılan şəraitlə tanış olması, qayğıları ilə yaxından maraqlanması bunun əyani sübutudur.

Bu gün rayon rəhbərinin Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqədə bal toplayaraq təyinatla rayon məktəblərinə göndərilən müəllimlərlə görüş keçirməsi də təhsil sahəsinə və müəllimlərə olan qayğısının əyani sübutudur.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Təhsil şöbəsinin əməkdaşları, Bakı şəhərindən, Oğuz, Beyləqan, Tovuz, Ağstafa, eləcə də Qazax rayonundan olan gənc müəllimlər iştirak edib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə gənc müəllimləri, eləcə də bütün təhsil işçilərini təbrik edib. Qeyd edib ki, bu gün özümə borc bildim ki, sizləri dəvət edim və tanış olum, qayğılarınızla maraqlanım. Çünki rəhbər təyin olunduğum ilk gündən təhsil sahəsinə və müəllimlərə xüsusi qayğı ilə yanaşmaq fəaliyyətimin əsasını təşkil edir. 


Dövlət və dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan rayon rəhbəri Аzərbаycаn elminin, təhsilinin inkişafında ulu öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirib. Ölkəyə rəhbərliyinin bütün dövrlərində ümummilli liderin bu sаhəyə diqqət və qаyğı ilə yanaşmasından söz açıb. Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Respublika Prezidenti İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verdiyini bildirib.

Rayon rəhbəri ulu öndərin "Təhsil millətin gələcəyidir” kəlamını fəaliyyətləri dövründə müəllimlər üçün şüar olmasını qeyd edərək bütün müəllimlərin, xüsusilə də ibtidai sinif müəllimlərinin daim öz üzərilərində çalışmalarını, təcrübəli müəllimlərdən bəhrələnməyi tövsiyə edib. Azərbaycan təhsilinin, körpə balaların parlaq gələcəyi naminə qarşılarına qoyduqları məqsədə çatmalarını, nümunəvi müəllim kimi hər zaman xoş sədalarının gəlməsini arzulayıb.

İstər müəllimlərin hazırlıq səviyyəsinin, istərsə də şagirdlərin dərsə davamiyyətinin yoxlanılması məqsədilə artıq 2 ildir ki, işçi qrupunun yaradıldığını bildirən icra başçısı hər bir müəllimə göstərdiyi əməyinə, bilik və bacarığına görə hər zaman yüksək qiymət verildiyini vurğulayıb və bundan sonra da bu cür olacağını qeyd edib.

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından dərin minnətdarlığını bildirib.


Tovuz rayonundan olan və rayonun Çaylı kənd 2 saylı tam orta məktəbində müəllim kimi fəaliyyətə başlayan Elnar Allahverdiyev çıxış edərək gənc müəllimlərə verdiyi dəyərə görə həmkarları adından təşəkkürünü  çatdırıb. Qeyd edib ki, bugünkü görüş bir daha onu göstərdi ki, dövlətimiz təhsil sahəsinə xüsusi qayğı ilə yanaşır. Biz müəllimlər bu gün sizin sayənizdə həmin qayğının şahidi olduq. Yeni tədris ilində bu görüş biz gənc müəllimlər üçün ən böyük stimul oldu. Biz də çalışacağıq ki, dövlətimizin bizə olan etimadını öz nailiyyətlərimizlə doğruldaq.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda gənc müəllimləri Bilik Günü münasibətilə bir daha təbrik edərək müstəqil Azərbaycanın çiçəklənməsi və təhsilin inkişafı naminə yeni-yeni nailiyyətlər arzulayıb.





GOYEZEN.AZ


Geri qayıt