Əsas Səhifə > Manşet / Sosial > İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında hörgü işləri başa çatıb

İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında hörgü işləri başa çatıb


5-09-2018, 18:14


Artıq bir həftədən çoxdur ki, istifadəyə verildiyi gündən təmir olunmayan, uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşən və əsaslı təmirə böyük ehtiyac olan İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.  

Təmir başlayan ilk gündən tikinti işləri ilə yaxından tanış olan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün növbəti dəfə bağçada görülən işlərlə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, işlər başladığı vaxtdan sürətlə aparılır. Binada bütün otaqlarda olan köhnə suvaqlar çapılaraq tökülür. Bundan başqa, köhnə qapı və pəncərələr, tavan və döşəmə sökülüb.  Əlavə tikiləcək qrup otaqlarının hörgü işləri başa çatıb. Hazırda köhnə dam örtüyünün sökülməsinə başlanılıb. Yaxın vaxtlarda binanın daxilində və xarici fasadında suvaq işlərinə başlanılacaq.

Görülən işlərlə yaxından tanış olan rayon rəhbəri bütün işlərin keyfiyyətlə aparılmasını tapşırıb.

Bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində bu gün tam təmirli bağçalara misal olaraq Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər bağçalarından 1,2 və 3 saylı körpələr evi-uşaq bağçalarını, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçalarını, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarını göstərmək olar.












GOYEZEN.AZ


Geri qayıt