Əsas Səhifə > Manşet / Sosial > Mərkəzi Xəstəxana binasında işlər yekunlaşmaq üzrədir

Mərkəzi Xəstəxana binasında işlər yekunlaşmaq üzrədir


3-09-2018, 20:30


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı şəhər 2 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olduqdan sonra Mərkəzi Xəstəxana binasında görülən son tamamlanma işləri ilə maraqlanıb.

Baş iş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, 5 korpusda aparılan əsas tikinti işləri demək olar ki, yerinə yetirilib.

Qeyd edib ki, binanın çöl hissəsində də tikinti işləri görülüb. Binanın ətrafına hasar çəkilib, giriş hissəsinə isə aqlay vurulub. Eyni zamanda, binanın hasar hissəsi işıqlanma sistemi ilə tam təchiz olunub. Binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Transformator stansiyası üçün bina tikilib. Nəzarət-buraxılış məntəqəsi hazır vəziyyətdədir. Hazırda binanın həyətində abadlıq və səliqə-sahman işləri aparılır.

Tikintinin mühəndisi Firudin Musayev isə digər işlər barədə məlumat verərək bildirib ki, bütün mərtəbələrdə otaqlarda divarlara aboy, döşəməyə isə ninelium vurulur. Bundan əlavə, qapı və pəncərələr, eləcə də havalandırma sistemi tam quraşdırılıb. Liftlərdən ikisinin quraşdırılması başa çatıb, birində isə işlər sürətlə davam etdirilir.

Qeyd edib ki, hazırda görülən əsas işlərdən biri də binanın giriş hissəsinə spayderin vurulmasıdır ki, burada şüşənin vurulması qalıb, digər işlər isə tam başa çatıb.

Son tamamlanma işləri ilə yaxından tanış olan rayon rəhbəri işlərin daha da sürətləndirilməsini və keyfiyyətlə aparılmasını tapşırıb.

Məlumat üçün bildirək ki, 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq Qazax rayon Mərkəzi Xəstəxana binası 10 korpusdan ibarət olacaqdır. Hazırda 5 korpusun istifadəyə verilməsinə sayılı günlər qalıb.











GOYEZEN.AZ


Geri qayıt