Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb

İcra başçısı vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb


31-08-2018, 15:00


Bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda uğurla icra olunur və hər zaman vətəndaş mövqeyi ön plana çəkilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən bu siyasəti Qazaxda olduğu kimi həyata keçirməsi, mütəmadi olaraq rayon sakinləri ilə görüşməsi, onları narahat edən məsələləri öz dillərindən eşitməsi, vətəndaşlara göstərilən diqqət və qayğı bunun əyani sübutudur.

Bu gün icra başçısı Rəcəb Babaşov rayon Məhkəməsinə gələrək işçilərlə görüşüb, onlar üçün yaradılan mövcud şəraitlə tanış olub. Onlara müraciət edən vətəndaşlara olan münasibətlə, göstərilən diqqət və qayğı ilə maraqlanıb.

Çalışan işçilər qeyd ediblər ki, bu gün ölkə başçısının dövlətimizin müstəqilliyi və əmin-amanlığı sahəsində gördüyü işlər, vətəndaşların hüquqlarının qorunması ilə bağlı verdiyi çoxsaylı tapşırıq və tövsiyələr, sakinlərə olan səmimi münasibəti, diqqət və qayğısı bizim işimizin də əsas hissəsini təşkil edir. Müraciət edən hər bir vətəndaşa qayğı ilə yanaşılır, etdikləri bütün məsələlərlə bağlı maksimum dərəcədə köməklik göstərilir.

Rayon Məhkəmənin inzibati binası, iş şəraiti ilə ətraflı tanış olan icra başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.








GOYEZEN.AZ

 

 

 


Geri qayıt