Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə işlərə start verilib

Qazaxda əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə işlərə start verilib


29-08-2018, 21:30


Son illər ölkəmizdə əhalinin ekoloji tələblərə cavab verən içməli su ilə təminatı və onun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları”nın uğurlu icrası nəticəsində əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində görülən çoxsaylı işlər bunun bariz nümunəsidir.

Respublika Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən görülən işlər və bu istiqamətdə əhaliyə göstərilən xidmət Dövlət Proqramının bütün bölgələrdə uğurla icra olunması deməkdir.

Bu gün genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinin vüsət aldığı Qazax rayonunda bütün sahələr üzrə vətəndaşlara göstərilən xidmətlər də daim diqqət mərkəzində saxlanılır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkməsi, hər bir işdə rayon sakinlərinin maraqlarının birinci olması bunun əyani sübutudur.

Rayon rəhbərliyinin qayğısı sayəsində vətəndaşlara göstərilən bütün xidmət sahələri kimi, su təminatı da daim diqqət mərkəzində saxlanılan sahələrdən biridir. Bu gün rayonda su-kanalizasiya sisteminin əsaslı şəkildə yenidən qurulmasına böyük ehtiyac olmasına baxmayaraq sakinlər tərəfindən qaldırılan hər bir məsələ operativ olaraq həll olunur. Vətəndaşa bütün imkanlar daxilində mümkün olan köməklik göstərilir.

Məlumat üçün qeyd edək ki, rayon "Su-kanal” İdarəsinin yeni inzibati binasının tikilməsi nəzərdə tutulmuşdur. Rayonda inşası planlaşdırılan bu yeni bina da sakinlərə yüksək səviyyədə xidmət göstərilməsində mühüm rol oynayacaqdır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri və "Su-kanal” İdarəsinin müdiri Alı Hüseynovla birlikdə tikilməsi nəzərdə tutulan həmin inzibati bina üçün şəhər mərkəzində yerləşən bir neçə əraziyə baxış keçirib. Həmin ərazilərlə bağlı fikir mübadiləsi aparılıb və rayon rəhbəri bu məsələ ilə bağlı bəzi tapşırıqlar verib.







GOYEZEN.AZ


Geri qayıt