Əsas Səhifə > Manşet / Rəsmi > Sakinlər minnətdarlıq edirlər

Sakinlər minnətdarlıq edirlər


24-08-2018, 19:16
Sakinlər minnətdarlıq edirlər
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı, Ə.Şıxlinski küçəsində, “Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında aparılan təmir işləri ilə tanış olduqdan sonra “Oxumaq-oxumaq” adlanan binada yaşayan sakinlərlə görüşüb.

Ə.Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikomunun yataqxanasında yaşayan sakinlər rayon rəhbərini böyük sevinc hissi ilə qarşılayıblar.
Sakinlər minnətdarlıq edirlər
İcra başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək səmimi ürək sözlərini çatdırıb və rayonda çoxmənzilli binalarda görülən işlərdən söz açıb. Qeyd edib ki, ölkə başçısının Sərəncamına uyğun olaraq çoxmənzilli binalarda aparılan quruculuq işləri bu il də davam etdirilir. Daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verildiyini bildirib. Rayon rəhbəri “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binalarının yüksək səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilməsini bunun bariz nümunəsi olduğunu qeyd edib.

İcra başçısı 37 ailənin yaşadığı “Oxumaq-oxumaq” adlanan bu binanın da yaxın vaxtlarda əsaslı şəkildə təmir olunacağını, istər binanın bloklarında, istərsə də xarici fasadında yüksək səviyyədə təmir işlərinin görüləcəyini bildirib.

Yaşadıqları binanın təmir olunacağı xəbərini sevinc hissi ilə qarşılayan sakinlərdən Reyhan Abdurrəhmanova, Qaməd Qasımov və başqaları respublikamızda, eləcə də son 2 ildə Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, biz sakinlər çox sevinirik ki, ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili bu gün Qazaxda olduğu kimi icra olunur. Fəaliyyətə başladığınız ilk gündən biz sakinlər bu diqqət və qayğını hər zaman hiss etmişik. Bizim yaşadığımız binada gördüyünüz işlər, xüsusilə də evə ehtiyacı olan insanlara bu binada yaşamaq üçün şərait yaratmağınız, qayğılarımızla mütəmadi olaraq maraqlanmağınız bunun əyani sübutudur.

Sakinləri narahat edən qayğıları dinləyən rayon rəhbəri onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını və yaxın vaxtlarda yaşadıqları binanın da əsl təhsilin adına uyğun bir bina olacağını bildirib.

Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
Sakinlər minnətdarlıq edirlər
GOYEZEN.AZ

Geri qayıt