Əsas Səhifə > Manşet / Sosial > Çoxmənzilli binalarda işlər keyfiyyətlə aparılır

Çoxmənzilli binalarda işlər keyfiyyətlə aparılır

8-08-2018, 13:47
Çoxmənzilli binalarda işlər keyfiyyətlə aparılır
Bu gün Qazaxda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinin siyahısında çoxmənzilli binaların əsaslı şəkildə təmir olunması da var. Artıq 2 ildir ki, bu işə start verilib. Ölkə Başçısı İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən çoxmənzilli binaların təmiri uğurla həyata keçirilir. Həmin sərəncama əsasən ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunması bunun bariz nümunəsidir.

Çoxmənzilli binalarda aparılan quruculuq işləri bu il də davam etdirilir. Rayon rəhbərliyinin tapşırığına əsasən bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilib. Nəzərdə tutulan həmin binalardan 74-nün isə dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır.

Təmir başlayan ilk gündən işlərin belə sürətlə aparılmasının nəticəsidir ki, təmiri nəzərdə tutulan həmin çoxmənzilli binalardan artıq 15-i tam hazırdır. Həmin binalara misal olaraq “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binalarını göstərmək olar. Bütün binalarda yüksək səviyyədə əsaslı təmir işləri aparılıb ki, bu da sakinlərin rahatlığının təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılması deməkdir.

Çoxmənzilli binalardan şəhərin Heydər Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı, Ə.Şıxlinski küçəsində, “Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında da əsaslı şəkildə təmir işlərinə başlanılıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev həmin təmir olunan çoxmənzilli binalarda görülən işlərlə yaxından tanış olub, mövcud vəziyyətlə maraqlanıb.

Məlumat verilib ki, artıq bir neçə həftədir ki, bütün binaların bloklarında divarlarda köhnə suvaqların çapılaraq yenidən vurulması işləri həyata keçirilir. Daxili fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılır. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar qoyulub.

İşlərlə tanış olan müavin istər prospektdə, istərsə də Ə.Şıxlinski küçəsində təmir olunan binalarda işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib.

Hər iki ərazidə yaşayan bina sakinləri respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Uzun illərdən bəri təmir aparılmayan çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar.

GOYEZEN.AZ

Geri qayıt