Əsas Səhifə > Manşet / Sosial > İcra Başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub

İcra Başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub


24-07-2018, 21:17
İcra Başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub
Artıq 2 ildir ki, Ölkə Başçısı İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən Qazaxda çoxmənzilli binalarda aparılan təmir işləri uğurla həyata keçirilir.

Həmin sərəncama əsasən 2017-ci ildə rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunması bunun əyani sübutudur.

Sevindirici haldır ki, çoxmənzilli binalarda aparılan quruculuq işləri bu il də davam etdirilir. Bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilmişdir. Nəzərdə tutulan bu binalardan 74-nün isə dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır.

“Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində 13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli binalarda yüksək səviyyədə əsaslı təmir işləri aparılıb ki, bu da sakinlərin rahatlığının təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılması deməkdir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Heydər Əliyev prospekti və Ə.Şıxlinski küçəsində yerləşən və əsaslı şəkildə təmirinə başlanılan çoxmənzilli binalarda görülən işlərlə yaxından tanış olub, mövcud vəziyyətlə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, prospektdə yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı binalarda bloklarda təmir işlərinə başlanılıb. Divarlarda köhnə suvaqların çapılaraq yenidən vurulması işləri həyata keçirilir.

Sonra İcra Başçısı Ə.Şıxlinski küçəsində, “Gillik” adlandırılan ərazidə olan 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarında aparılan tikinti işləri ilə maraqlanıb.

İcra Başçısına bildirilib ki, hər iki binada bloklarda təmir işlərinə başlanılıb. Giriş hissələrə yeni dəmir qapılar qoyulub, həmçinin köhnə divarların çapılması və yeni suvaq vurulması işləri görülür.

Rayon rəhbəri istər prospektdə, istərsə də Ə.Şıxlinski küçəsində təmir olunan binalarda işlərin sürətlə və keyfiyyətlə aparılması barədə tapşırıq və tövsiyələrini verib.

Hər iki ərazidə yaşayan bina sakinləri çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Uzun illərdən bəri təmir aparılmayan çoxmənzilli binaların yüksək səviyyədə təmir olunmasına görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar.

İcra Başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub
İcra Başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub
İcra Başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub
İcra Başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub
İcra Başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub
İcra Başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub
İcra Başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub
İcra Başçısı çoxmənzilli binalarda görülən işlərlə tanış olub
GOYEZEN.AZ

Geri qayıt