Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşın müraciətinə yerində baxılıb

Vətəndaşın müraciətinə yerində baxılıb


24-07-2018, 21:27
Vətəndaşın müraciətinə yerində baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə yerində baxış keçirməsi artıq bir ənənə halını alıb.

Rayon rəhbəri bu gün fərdi qəbul zamanı müraciət etmiş daha bir sakinin xahişini nəzərə alaraq vətəndaşın qaldırdığı məsələ ilə bağlı yerində baxış keçirib.

Bakı küçəsi, ev 101-də yaşayan sakin Vəkilova Heyran İmran qızının müraciətinə əsasən həmin ünvanda olub. Vətəndaşın qonşusu tərəfindən tikintiyə maneəçilik törədilməsi ilə bağlı müraciəti ilə yerində tanış olan İcra Başçısı qarşı tərəfin də fikrini öyrəndikdən sonra tikintinin aparılması və vəziyyətin nəzarətdə saxlanması üçün aidiyyəti üzrə tapşırıq verib.

Vətəndaşın müraciətinə yerində baxılıb
Vətəndaşın müraciətinə yerində baxılıb
Vətəndaşın müraciətinə yerində baxılıb
GOYEZEN.AZ

Geri qayıt