Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


24-07-2018, 00:10
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib və həlli istiqamətində tapşırıqlar verib.

Quşçu Ayrım kənd sakini Mustafayeva Yetər Mahmudalı qızının direktor işinə bərpa olunması ilə bağlı müraciətini diqqətlə dinləyən rayon rəhbəri vətəndaşa məktəbdə müəllim kimi işləməsini tövsiyə edib.

Qarapapaq kənd sakini Muradov Rafiq Niyazi oğlu isə müraciətinə operativ şəkildə baxıldığı və həll olunması üçün tapşırıq verdiyinə görə rayon rəhbərliyinə minnətdarlığını çatdırıb.

Sofulu kənd sakini Mehtiyeva Xəyalə İbrahim qızının ev məsələsi ilə bağlı müraciətinə cavab olaraq vətəndaşa məsələnin araşdırılacağı bildirilib.

Şəhər sakini, 4 saylı tam orta məktəbin VI sinif şagirdi Abdullayeva Fidan Seymur qızı da İcra Başçısına minnətdarlıq etmək üçün anası Abdullayeva Dürdanə Mustafa qızı ilə birlikdə rayon rəhbərinin qəbulunda olub. Rayonda görülən genişmiqyaslı işlərə və uşaqlara göstərdiyi böyük qayğıya görə ürək sözlərini bildirən məktəblini dinləyən rayon rəhbəri onun dərsləri ilə maraqlanıb. Sonra məktəbli ulu öndərə və rəhbərə həsr etdiyi şeirlərini oxuyub.

Şəhər sakini Hüseynova Səadət Sayad qızının iş və ünvanlı sosial yardımla təmin olunması barədə müraciəti də müsbət həll olunub. Rayon rəhbəri vətəndaşın iş və sosial yardımla bağlı təmin olunması üçün sənədlərini təqdim etməsini bildirib və köməklik göstərilməsi haqda aidiyyəti şəxslərə tapşırıq verib.

Şəhər sakini Validə Bayramovanın da müraciəti öz müsbət həllini tapıb. Vətəndaş müraciətində bildirib ki, evinə gələn qaz xəttinin bərpa olunması üçün qaz borusuna ehtiyacı vardır. İcra Başçısı qaldırılan məsələ ilə bağlı vətəndaşa qaz borusunun alınması üçün aidiyyəti şəxslərə göstəriş verib.

İkinci Şıxlı kənd sakini Dılışov Zirəddin Əmiraslan oğlunun torpaq məsələsi ilə bağlı müraciətinə cavab olaraq vətəndaşın arxiv idarəsinə rəsmi qaydada müraciət etməsi bildirilib.

Xanlıqlar kənd sakini Mustafayeva İradə Akif qızı yoldaşının işlə təmin edilməsini xahiş edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri Məşğulluq Mərkəzində qeydiyyata düşməsini tövsiyə edib və yeni açılacaq müəssisələrdə sürücülük işi üzrə boş yer olan zaman məlumat veriləcəyi qeyd olunub.

Şəhər sakini Alməmmədova Jalə Əliabbas qızının səhhəti ilə bağlı müraciətinə cavab olaraq vətəndaşın bildiriş əsasında Bakı şəhərində müalicə olunması tövsiyə edilib və ona göndəriş veriləcəyi bildirilib.

Bakı şəhərində yaşayan şəhid oğlu Əhmədzadə Nicat Yaşar oğlunun atasının adının əbədiləşdirilməsi ilə bağlı müraciətini dinləyən rayon rəhbəri şəhidin doğum günü ilə bağlı bulaq tikilməsinə baxılacağını söyləyib.

Şəhid anası Bənnayeva Solmaz Musa qızının, Daş Salahlı kənd sakini Əliyev Anar Mehralı oğlunun, Qızılhacılı kənd sakini Xasayev Hacı Paşa oğlunun, şəhər sakini Vəkilova Heyran İmran qızının müxtəlif səpkili müraciətləri də rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ

Geri qayıt