Əsas Səhifə > Manşet / Sosial > İcra Başçısı görülən işlərlə tanış olub

İcra Başçısı görülən işlərlə tanış olub


23-07-2018, 17:41
İcra Başçısı görülən işlərlə tanış olub
Xəbər verdiyimiz kimi, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Bala Cəfərli kəndində keçirilən səyyar görüşü zamanı kənd sakini Ceyhun Rəhimov müraciətində kənddaxili yollara qum-çınqıl döşənməsini bildirmişdi. Rayon rəhbəri elə görüş zamanı vətəndaşın müraciətinə cavab olaraq qaldırılan məsələ ilə bağlı konkret tapşırıqlar vermişdi. Artıq kənd sakini tərəfindən qaldırılan məsələ öz müsbət həllini tapıb. Rayon rəhbərinin tapşırığına əsasən Bala Cəfərli kəndində 3 km uzunluğunda kəndarası yollara qum-çınqıl döşənib.

İcra Başçısı bu gün görülən işlərlə tanış olmaq üçün Bala Cəfərli kəndində olub, qum-çınqıl döşənmiş yola baxıb.

Görülən işlərlə tanış olan rayon rəhbəri sonra kənd sakinləri ilə görüşüb, onları narahat edən bəzi məsələləri dinləyib.

Sakinlərdən Ceyhun Rəhimov, Minayə Kosayeva, Tamella Nəsibova, İradə Mehtiyeva çıxış edərək bildiriblər ki, siz rəhbər kimi təyin olunduğunuz ilk gündən mütəmadi olaraq kəndlərdə görüşlər keçirir, kənd sakinlərini narahat edən kiçik bir məsələyə belə xüsusi qayğı ilə yanaşır, həlli istiqamətində konkret tapşırıqlar verirsiniz.

Rayonda görülən genişmiqyaslı işlərə, kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirən kənd sakinləri onları narahat edən qayğılardan da söz açıblar. Kənddə içməli su üçün yeni su çəninin qoyulmasını, kənd qəbiristanlığının kənarına tor çəkilməsini bildiriblər. Sakinləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələ ilə bağlı yerindəcə aidiyyəti şəxslərə tapşırıqlar verib.

İcra Başçısı sakinlərlə səmimi görüş zamanı qeyd edib ki, Qazaxda son iki ildə Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış bu problemin öz müsbət həllini tapması rayonda yol infrastrukturunun uğurla inkişaf etdirilməsi deməkdir. Respublika Prezidenti İlham Əliyevin Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli sərancamı da bu inkişafın davam etdirilməsinin bariz nümunəsidir. Rayonda təmirə ehtiyacı olan bütün yollar zaman-zaman əsaslı şəkildə yenidən qurulacaqdır.

İcra Başçısı görülən işlərlə tanış olub
İcra Başçısı görülən işlərlə tanış olub
İcra Başçısı görülən işlərlə tanış olub
İcra Başçısı görülən işlərlə tanış olub
İcra Başçısı görülən işlərlə tanış olub
İcra Başçısı görülən işlərlə tanış olub
İcra Başçısı görülən işlərlə tanış olub
GOYEZEN.AZ

Geri qayıt