Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


29-06-2018, 11:30
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Canalı kənd sakinləri olan (Uzun müddət Bakıda kirayədə yaşayan) beş uşaqlı gənc ailəni müraciətlərinə əsasən qəbul edib.

Məmmədov Vüqar Xanbaba oğlu həyat yoldaşı Cəfərova Aynurə Mübariz qızı və beş uşağı ilə birlikdə rayon rəhbərinin qəbulunda olaraq bir sıra məsələlərlə bağlı köməklik göstərilməsini xahiş edib.

Ailənin evinin təmiri, işlə təmin olunması və ünvanlı sosial yardımla bağlı müraciətlərini dinləyən rayon rəhbəri vətəndaşlara qaldırılan hər bir məsələyə diqqətlə yanaşılacağını bildirib.

Rayon rəhbəri vətəndaşın istəyini nəzərə alaraq evinə gedib, yaşayış şəraiti ilə tanış olub.

Vəziyyətlə yerində tanış olan İcra Başçısı gənc ailəyə evinin təmiri və işlə təmin olunması üçün köməklik göstəriləcəyini qeyd edərək bu istiqamətdə tapşırıqlar verib. Ünvanlı sosial yardımla bağlı sənədlərini aidiyyatı təşkilata təqdim etmələrini bildirib.

Gənc ailə müraciətlərinə dərhal münasibət göstərdiyinə, onları qəbul etdiyinə, yaşayış şəraiti ilə tanış olduğuna və məsələnin həll olunması üçün tapşırıq verdiyinə görə İcra Başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ

Geri qayıt