Əsas Səhifə > Manşet / Təhsil > Qazaxda təhsildə fərqlənən müəllim və şagirdlərlə görüş keçirilib

Qazaxda təhsildə fərqlənən müəllim və şagirdlərlə görüş keçirilib

28-06-2018, 21:10
Qazaxda təhsildə fərqlənən müəllim və şagirdlərlə görüş keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə, istər müəllimlərə, istərsə də şagirdlərə xüsusi diqqət və qayğı ilə yanaşır. Bunu rayonda təhsilin səviyyəsinin qaldırılması məqsədilə yaradılan işçi qrupunun fəaliyyətindən və rayonda təhsildə qazanılan nailiyyətlərdən də aydın şəkildə görmək olar.

Bu gün rayon rəhbərinin işçi qrupu tərəfindən məktəblərdə aparılan monitorinqin müzakirəsi zamanı fərqlənən müəllim və şagirdləri qəbul etməsi də bu qayğının ən bariz nümunəsidir.

İcra Hakimiyyətində keçirilən görüşdə məktəb direktorları, işçi qrupunun üzvləri, ingilis dili, fizika və coğrafiya fənləri üzrə fərqlənən VI və VIII sinif şagirdləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək müəllimləri, məktəbliləri salamlayıb, ən səmimi hisslərini çatdırıb. Qazax rayonunun ölkəmizdə təhsilin beşiyi sayıldığını bildirən İcra Başçısı bu sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən qayğının nəticəsidir ki, bu gün Azərbaycan təhsili özünün intibah dövrünü yaşayır. Günü-gündən xarici ölkələrdə təhsil alan gənclərimizin sayının artması, yüksək təhsilli gənc kadrların önə çəkilməsi təhsilin səviyyəsinin artmasından xəbər verir.
Qazaxda təhsildə fərqlənən müəllim və şagirdlərlə görüş keçirilib
İcra Başçısı bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da təhsil sahəsi ildən-ilə inkişaf edərək daha böyük bəhrə verir. Ona görə də bu sahə ən yüksək səviyyədə olmalı, daha çox inkişaf etməlidir.

Rayon rəhbəri bildirib ki, bu gün bu gözəl balaları qəbul etməkdə əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə fərqlənən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır.

Səmimi söhbət əsasında keçən görüşdə məktəblilər də öz ürək sözlərini bildirib, arzu və istəklərini çatdırıblar.

Qaymaqlı kənd tam orta məktəbin ingilis dili fənni üzrə fərqlənən VIII sinif şagirdləri Gülşad Musayeva, Gülsəba Əhmədova, Mədinə Süleymanova, şəhər 5 saylı tam orta məktəbin fizika fənni üzrə fərqlənən VIII sinif şagirdi Jalə Yusifova, Birinci Şıxlı kənd tam orta məktəbin coğrafiya fənni üzrə fərqlənən VI sinif şagirdi Vəfa Məmmədova onlarla keçirilən bu görüşün həyatlarında böyük əhəmiyyət daşıdığını qeyd ediblər. Göstərilən diqqət və qayğının etimadı olaraq bundan sonra da dərslərini daha yaxşı oxuyacaqlarını və məktəblərinin adını daim uca tutacaqlarını söyləyiblər.

Gənc müəllim, Fərəhli kənd ümumi orta məktəbində ingilis dili fənnini yüksək səviyyədə tədris edən Humay Əfəndiyeva bu görüşün onun üçün nə qədər şərəfli olması ilə yanaşı, üzərinə böyük məsuliyyət qoyduğunu da bildirib. Xüsusilə sərhəd kəndi olan Fərəhlidə tədris etdiyi ingilis dilini şagirdlərinə sevə-sevə öyrətdiyini və müəllim peşəsi ilə fəxr etdiyini qeyd edib. Bir gənc müəllim kimi ona göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıb.

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev, 5 saylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, işçi qrupunun üzvlərindən fizika müəllimi Yasəmən Qayayeva, coğrafiya müəllimi Şəadət Carçıyev çıxış edərək Qazax rayonunda təhsil sahəsinə bu cür diqqət və qayğı göstərdiyinə, şagirdlərə mənəvi dəstək olduğuna görə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rayonun bütün təhsil işçiləri adından dərin minnətdarlıqlarını bildiriblər.

Rayon rəhbəri görüşə yekun vuraraq bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib, istər müəllimlərə, istərsə də məktəblilərə dərslərində daha böyük müvəffəqiyyətlər qazanmalarını arzulayıb.

Səmimi keçən görüşdə sonda xatirə şəkli çəkilib.

Geri qayıt