Əsas Səhifə > Manşet / Sosial > “İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda əsas işlərin xeyli hissəsi görülüb

“İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda əsas işlərin xeyli hissəsi görülüb

25-06-2018, 16:00
“İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda əsas işlərin xeyli hissəsi görülüb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq İkinci Şıxlı kəndində “İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda həyata keçirilən işlərlə yaxından tanış olur, keyfiyyətlə aparılması üçün lazımi tapşırıq və tövsiyələrini verir.

Rayon rəhbəri bu gün də kənd təsərrüfatı müəssisəsində görülən işlərlə ətraflı tanış olmaq üçün Aqroparkda olub.

Layihə rəhbəri Kamil Əlimirzəyev məlumat verərək bildirib ki, əsas tikinti işləri demək olar ki, başa çatıb. Qeyd edib ki, 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun tikintisi yekunlaşıb. Eyni zamanda, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi də başa çatdırılıb.

Ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilibdir. Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıbdır.

Xram çayı üzərində 3 pilləli nasos stansiyaları tikilibdir. Burada ikinci nasosxana sistemi quraşdırılıb, birinci və üçüncü nasosxanalarda isə montaj işləri başa çatıbdır.

Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıbdır.

Layihə rəhbəri son tamamlanma işləri barədə məlumat verərək bildirib ki, 2600 tonluq soyuducu anbarın tikinti və metal konstruksiya montaj işləri bitib. Üst örtüyün vurulması işləri yekunlaşıb. Hazırda soyuducu anbarda soyutma sisteminin montaj işləri aparılır.

İnzibati binada da son tamamlanma işləri görülür. Binanın daxilində və xarici fasadında boya işlərinə başlanılıb.

Layihə rəhbəri onu da qeyd edib ki, bütün işlər paralel şəkildə aparılır. Hazırda kompleksin həyətində sahə betonu vurulub və həyət abadlaşma işləri aparılmaqdadır.

Rayon rəhbərinə məlumat verilib ki, 1030 hektar sahədə əkin işləri aparılıb. Göstərilən sahənin 190 hektarında qarğıdalı, 214 hektarında noxud, 214 hektarında kartof, 412 hektarında isə taxıl əkilib. Bunlardan arpa biçini başa çatdırılıb. Buğda biçininə başlanılıb. Əkin sahələrində isə suvarma və digər aqrotexniki tədbirlər görülür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görülən işlərlə yaxından tanış olduqdan sonra işlərin sürətləndirilməsini tapşırıb, tövsiyələrini verib.

GOYEZEN.AZ

Geri qayıt