Əsas Səhifə > Manşet / Sosial > “Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binalarda işlər başa çatmaq üzrədir

“Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binalarda işlər başa çatmaq üzrədir


21-06-2018, 21:30
“Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binalarda işlər başa çatmaq üzrədir
Ölkə Başçısı İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-ci ildə Qazax rayonunda 78 çoxmənzilli yaşayış binası əsaslı şəkildə təmir olunmuşdur.

Çoxmənzilli binalarda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri bu il də davam etdirilir. Bu il daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparılmasına qərar verilmişdir. Nəzərdə tutulan bu binalardan 74-nün isə dam örtüyünün dəyişdirilməsinə ehtiyac vardır. Hazırda 21 çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılıb ki, həmin binalarda işlər sürətlə davam etdirilir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq “Hərbi şəhərcik” adlanan yaşayış massivində olaraq hərbiçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarında, eləcə də həmin ərazidə yerləşən digər çoxmənzilli binada aparılan əsaslı təmir işləri ilə yaxından tanış olur.

Rayon rəhbərliyi bu gün də təmir olunan binalara baş çəkib, görülən işlərlə tanış olub.

İş icraçısı Nəsrəddin Məmmədov məlumat verərək qeyd edib ki, 3 saylı binanın daxilində və xarici fasadında suvaq işləri aparılıb. Hər iki hissədə rənglənmə işləri tam başa çatıb. Bundan əlavə, blokların giriş hissəsinə qoyulmuş yeni dəmir qapılarda da eyni iş həyata keçirilib. Binanın elektrik və telefon xətləri yenilənib. Pilləkanların kənarında olan məhəcərlər düzülüb, həyətdə olan oturacaqlar rənglənib. 4 və 5 saylı binalarda da əsas işlər demək olar ki, yerinə yetirilib.

2 saylı binada görülən işlər barədə məlumat verərək bildirib ki, binanın daxilində işlər yekunlaşıb. Hazırda binanın xarici fasadında rənglənmə işləri aparılır. Ümumiyyətlə, digər binalarda da işlər sürətlə həyata keçirilir, demək olar ki, yekunlaşmaq üzrədir.

İcra Başçısı inşaat işləri ilə ətraflı tanışlıqdan sonra tikintinin daha da sürətləndirilməsini tapşırıb.

“Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binalarda işlər başa çatmaq üzrədir
“Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binalarda işlər başa çatmaq üzrədir
“Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binalarda işlər başa çatmaq üzrədir
“Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binalarda işlər başa çatmaq üzrədir
“Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binalarda işlər başa çatmaq üzrədir
“Hərbi şəhərcik”də yerləşən çoxmənzilli binalarda işlər başa çatmaq üzrədir
GOYEZEN.AZ

Geri qayıt