Əsas Səhifə > Manşet / Rəsmi > Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib

Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib


8-06-2018, 00:47
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən sakinləri narahat edən məsələləri onların öz dilindən eşitmək məqsədilə şəhərdə, eləcə də kəndlərdə sakinlərlə səyyar görüşlər keçirir, fərdi qəbullar edir, vətəndaşların müraciətlərini dinləyir, qaldırılan məsələlərin həll edilməsi istiqamətində konkret tapşırıqlar verir. Bütün bunların hamısı Prezident İlham Əliyevin apardığı siyasətin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda da ön plana çəkilməsindən xəbər verir. Rayon rəhbərinin fəaliyyətinin ən əsas hissəsinə çevrilən və artıq bir ənənə halını almış səyyar görüşlər bunun ən bariz nümunəsidir.

Növbəti belə səyyar görüş bu gün rayonun Birinci Şıxlı kəndində keçirilib. Dövlətin xalqa olan qayğısını, diqqətini özündə təzahür etdirən görüşdə Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynov, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri iştirak edib.

Kənddə keçirilən görüşdə sakinlər rayon rəhbərini həmişə olduğu kimi, bu dəfə də böyük səmimiyyət və sevinclə qarşılayıblar. Bu da səbəbsiz deyil. İcra Başçısı mütəmadi olaraq kəndlərdə olur, qaldırılan hər bir məsələyə həssaslıqla yanaşır, həmişə vətəndaşın yanında olur. Bu səbəbdən də rayon rəhbəri ilə xalq arasında bir səmimiyyət, inam və birlik yaranmışdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, qarşıdan gələn Ramazan bayramı münasibətilə onları səmimi qəlbdən təbrik edib.
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Sonra qeyd edib ki, bu il artıq 9-cu dəfədir ki, sizinlə görüşə gəlmişəm. Bugünkü görüşümüzün də əsas məqsədi həmişə olduğu kimi, sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Bu görüş də istər kənd təsərrüfatı, istər iş yerləri, istərsə də hər bir vətəndaşın şəxsi müraciətlərinin dinlənilməsinə xidmət göstərir.

Rayon rəhbəri bildirib ki, Respublika Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət, təşkil etdiyi yol xəritəsi bölgələrdə, o cümlədən də Qazaxda uğurla icra edilir. Son iki ildə Qazaxda elə bir sahə olmaz ki, orada inkişaf olmasın. Bunu məktəblərin əsaslı şəkildə təmir olunmasından, uşaq bağçalarının yenidən qurulmasından, yeni istehsal müəssisələrinin yaradılmasından, sosial obyektlərin inşasından aydın şəkildə görmək olar.

Ölkə Başçısının apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsinin nəticəsidir ki, son 2 ildə rayonun Kosalar, Xanlıqlar, Daş Salahlı, Cəfərli kəndlərindəki uşaq bağçaları yenidən quruldu, şəhərdə 1 saylı körpələr-evi uşaq bağçası üçün yeni bina inşa olundu. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə şəhər 2 saylı uşaq başçası əsaslı şəkildə təmir olunaraq körpə fidanların istifadəsinə verildi. Hazırda 3 saylı bağça üçün yeni binada əsaslı tikinti işləri aparılır.

Bundan əlavə, Hüseynbəyli, Çaylı, Kommuna, Kosalar, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi ölkəmizdə yol infrastrukturunun rayonumuzun timsalında uğurla həyata keçirilməsini əyani şəkildə sübut edir.

“Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu da istifadəyə tam hazırdır. Hazırda “İnvestel GROUP” MMC-də, Elektrod Zavodunda, 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında, eləcə də digər sosialyönümlü obyektlərdə tikinti işləri sürətlə davam etdirilir.

İcra Başçısı bildirib ki, bu gün rayonun elə bir kəndi tapılmaz ki, orada qaz, işıq, su, telefon, yol və digər məişət və sosial məsələlər öz müsbət həllini tapmasın.

Birinci Şıxlı kəndində də xeyli quruculuq işləri görülmüş, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatının yaradılması, bütövlükdə rayonda kənd təsərrüfatının və heyvandarlığın inkişaf etdirilməsi kənd sakinlərinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət göstərir. Rəcəb Babaşov kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq ötən il bu sahədə yüksək göstəricilərin əldə edildiyini bildirib və bu il Qazax rayonunda əkin sahələrinin 12 mindən 21 min hektara çatdırıldığını qeyd edib.

Bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir - deyə müraciət edən İcra Başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.

Kənd sakinlərindən sahibkar Natiq Məmmədov, ağsaqqal Şəmşəd İbrahimov, Rəfail Əfəndiyev, Nizami Məmmədov, Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev, Tahir Musayev, İtaliyanın Milli Qəhrəmanı Tahir İsayevin həyat yoldaşı Cəmilə İsayeva, Şəmşir Nəsibov, Eldar Əliyev, Vaqif Məmmədov, Mehralı Məmmədov, Anaxanım Abdullayeva çıxış edərək rayonda, eləcə də Birinci Şıxlı kəndində görülən genişmiqyaslı işlərə görə bütün kənd sakinləri adından Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Rayonda təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrə göstərdiyi diqqət və qayğıya görə, kənd təsərrüfatının inkişaf etdirilməsinə, sahibkarlar üçün yaradılan geniş imkanlara görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.

Səmimi söhbət əsasında keçən görüşdə sakinləri narahat edən məsələlərdən də söz açılıb. Rayon rəhbərliyi vətəndaşları diqqətlə dinlədikdən sonra qaldırılan məsələlərə dair aidiyyatı üzrə göstərişlər verib.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq sakinlərlə səyyar görüşlərin daha tez-tez keçiriləcəyini bildirərək kənd sakinlərinə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
Birinci Şıxlı kənd sakinləri ilə səyyar görüş keçirilib
[right]GOYEZEN.AZ
[/right]
Geri qayıt