Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


31-05-2018, 20:49
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.

Canalı kəndində qeydiyyatda olan İsmayılova Fəridə Rövşən qızı uşağının bağçaya qoyulması ilə əlaqədar rayon rəhbərliyinə müraciət edib. Vətəndaşa uşaqların bağçaya qoyulmasının növbəlilik əsasında aparıldığı və növbəsi çatan təqdirdə övladının bağçaya qoyulacağı bildirilib.

Şəhər sakini Eyvazova Rəhilə Bilal qızı oğlunun işlə təmin olunmasına köməklik göstərilməsini rayon rəhbərliyindən xahiş edib. İcra Başçısı vətəndaşı diqqətlə dinlədikdən sonra rayonda işləmək üçün kifayət qədər iş yerinin olduğunu bildirib və bir sıra işlər təklif olunub.

Şair Zaməddin Ziyadoğlunun müraciəti İcra Başçısı tərəfindən müsbət cavablandırılıb və bu məqsədlə konkret işlərin görülməsi tapşırılıb.

Çaylı kənd sakini Hacıyev Elçin Fərman oğlunun, Daş Salahlı kənd sakini Əliyev Koroğlu Hüseyn oğlunun müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.

Elçin İSMAYIL

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Geri qayıt