Əsas Səhifə > Manşet / Rəsmi > Qazax rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

Qazax rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

26-05-2018, 14:27
Qazax rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi Qazax rayonunda geniş qeyd olunub. Bununla əlaqədar rayonun bütün idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər – yığıncaqlar, konfranslar, rəsm və şeir müsabiqələri keçirilib.

Bu gün isə rayonda böyük tədbir keçirilib, tarixi və əlamətdar günə həsr olunmuş bulağın açılışı olub. Tədbirdə hüquq-mühafizə orqanlarının, bütün idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyətin bütün təbəqələrinin nümayəndələri iştirak edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş bulağın açılış tədbirində çıxış edərək Xalq Cümhuriyyətinin yarandığı dövrə qısa nəzər salıb, müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Hər hansı xalqın təşəkkülü və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu ən mühüm şərtlərdən biridir. Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli, əzab-əziyyətli olsa belə, bu tarixi həqiqət bütün azərbaycanlılarda qürur və fəxarət hissi doğurur. Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşüb, xalqımız qısamüddətli olsa da, müstəqillik ideallarına qovuşub. Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib.
Qazax rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
Qeyd edib ki, ulu öndərin dediyi kimi "Müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir” sözləri zamanın sınağından çıxdı və xalqımız növbəti dəfə müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda ulu öndər xalqımızı bu bəladan xilas etdi. Ona görə də birmənalı şəkildə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir.

Bildirib ki, ümummilli liderin layiqli davamçısı İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz bütün dünyada tanınır. Bu gün respublikamız sürətlə inkişaf edərək dünyada söz sahibinə çevrilmişdir.

AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, şair-publisist Məmməd Əfşan çıxış edərək 1991-ci ildə xalqımızın yenidən öz istiqlaliyyətinə qovuşduğunu bildirib, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil respublikamızın qarşıya çıxan bütün maneə və çətinlikləri dəf edərək bugünkü yüksək inkişaf səviyyəsinə gəlib çatdığını, dünya dövlətləri içərisində öz layiqli yerini tutduğunu vurğulayıblar.

Çıxışlar başa çatdıqdan sonra Cümhuriyyətin 100 illiyinə həsr olunmuş bulağın açılışı olub. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov alqış sədaları altında bulağın rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Müstəqilliyə, Vətənə həsr olunmuş mahnılar tədbir iştirakçılarının sevincinə daha bir sevinc qatıb.
Qazax rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub
Sonra tədbir Heydər Əliyev parkında davam edib. Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ulu öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində isə Cümhuriyyətin 100 illiyinə həsr edilmiş film nümayiş olunub. Tədbir iştirakçıları filmə baxdıqdan sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.

Elçin İSMAYIL

Geri qayıt