Əsas Səhifə > Manşet / Sosial > Elektrod Zavodunda son tamamlanma işləri görülür

Elektrod Zavodunda son tamamlanma işləri görülür


22-05-2018, 23:48
Elektrod Zavodunda son tamamlanma işləri görülür
Son illər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qazaxda yeni sənaye müəssisələri yaradılır, bu sahənin inkişafı istiqamətində mühüm işlər görülür.

Xanlıqlar kəndi ərazisində tikilən Elektrod zavodu yeni istehsal müəssisəsidir. “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən yeni zavodda demək olar ki, tikinti işləri yekunlaşıbdır. Binada indi son tamamlanma işləri görülür.

Rayon rəhbərliyi ikinti aparılan ilk gündən mütəmadi olaraq zavoda gələrək görülən işlərlə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyevlə birlikdə zavoda baş çəkib, son tamamlanma işləri ilə tanış olub.
Elektrod Zavodunda son tamamlanma işləri görülür
Məlumat verilib ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər yekunlaşıbdır. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə istehsala tam hazırdır.

Bundan başqa, ofis binasında da əsas işlər başa çatıb. Eyni zamanda, zavodun həyətinə tamet vurulub və abadlıq işləri aparılıb. Tikinti işləri ilə yanaşı, ərazinin ətrafı tamamilə yaşıllaşdırılıb, müxtəlif növ ağaclar və gül kolları əkilib.

GOYEZEN.AZ

Geri qayıt