Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirələri anılıb

Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirələri anılıb

18-05-2018, 17:23
Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirələri anılıb
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkilində müstəsna xidmətləri olmuş general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirə mərasimi keçirilib.

Mərasimdə hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin müxtəlif təbəqələrinin və KİV-lərin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri Qazaxlılar parkına gələrək Əlağa Şıxlinskinin və İbrahim ağa Vəkilovun büstləri önündə dayanıb xatirələrini anıblar.
Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirələri anılıb
Mərasim iştirakçıları tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunub. Şəhidlərin ruhuna dua oxunduqdan sonra abidənin önünə gül dəstələri qoyulub.
Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirələri anılıb
Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirələri anılıb
Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirələri anılıb
Sonra N.Nərimanov parkında xatirə mərasimi keçirilib. Hərbi orkestrin ifa etdiyi musiqinin sədaları altında tədbir öz işinə başlayıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mərasimdə giriş sözü ilə çıxış edərək 2018-ci ilin ölkəmizdə “Cümhuriyyət ili” elan edildiyini bildirərək bununla bağlı Qazax rayonunda keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, bir neçə gündən sonra Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Milli Ordusunun yaranmasının 100 illik yubileyləri keçiriləcəkdir.
Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirələri anılıb
Qeyd edib ki, Azərbaycan Milli Ordusunun yaradılmasında Qazax rayonunda doğulub boya-başa çatmış general mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının böyük xidmətləri olub. Bu gün biz onların xatirəsini yad edərək Azərbaycan Milli Ordusunun yaranması tarixinə bir daha nəzər salır, öz şanlı tariximizlə bir daha qürur duyuruq.

Əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani görkəmli hərbi xadimlər haqqında geniş məlumat verib. Bildirib ki, məhz Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının tarixi xidmətləri sayəsində ordumuz təşəkkül tapmış və öz tarixi vəzifəsini yerinə yetirmişdir.
Qazaxda general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinski qardaşlarının xatirələri anılıb
BDU Qazax filialının müəllimi, pedaqoji elmlər namizədi Arif Veysov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi barədə danışıb.

Polkovnik-leytenant Vüqar Allacov çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən və qazandığı qələbələrdən söz açıb.

Görkəmli hərbi xadimlərin nəvələrindən Rüstəm və Fuad Şıxlinskilər tədbirdə çıxış edərək xatirə mərasiminin belə yüksək səviyyədə təşkil olunmasına görə Müdafiə Nazirliyinə və Qazax Rayon İcra Hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Elçin İSMAYIL

Geri qayıt