Əsas Səhifə > Manşet / Sosial > Hərbiçi ailələrinə diqqət və qayğı göstərilir

Hərbiçi ailələrinə diqqət və qayğı göstərilir

15-05-2018, 21:28

Onların yaşadıqları çoxmənzilli binalar təmir olunur

Hərbiçi ailələrinə diqqət və qayğı göstərilir
Qazax şəhərinin “Hərbi şəhərcik” adlanan yaşayış massivində 4 çoxmənzilli binada hərbiçi ailələri yaşayır. Bu binalar uzun müddət diqqətdən kənarda qalmış və bu səbəbdən də təmir aparılmamışdı.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu ilin əvvəllərində bu ərazidə olaraq hərbiçi ailələrinin yaşadığı bu çoxmənzilli binaların, eləcə də çoxmənzilli mehmanxana binasının əsaslı şəkildə təmir olunması barədə göstəriş vermişdi. Qeyd etmişdi ki, bu binalar qısa müddətdə yüksək səviyyədə təmir olunacaq və hərbiçi ailələri üçün lazımi şərait yaradılacaqdır.

Həmin tapşırığa əsasən qeyd olunan binalarda artıq əsaslı təmir işləri həyata keçirilir.

İcra Başçısı bu gün “Hərbi şəhərciyə” gələrək burada çoxmənzilli binalarda aparılan təmir-bərpa işləri ilə tanış olub.

Rayon rəhbərliyi 192 ailənin yaşadığı Hüseyn Arif küçəsində yerləşən 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarını gəzərək görülən təmir işləri ilə yerində tanış olub, tapşırıq və tövsiyələrini verib. İcra Başçısına məlumat verilib ki, bloklarda təmir işləri başa çatdırılmış, yaraşıqlı vəziyyətə salımışdır. Eyni zamanda, blokların giriş hissələrinə dəmir qapılar qoyulmuşdur. Qeyd olunub ki, binanın dam örtüyü dəyişdiriləndən sonra binanın fasad hissəsi rənglənəcək, həyətdə səliqə-sahman yaradılacaq, binanın görkəmi köklü şəkildə dəyişəcəkdir.

Rayon rəhbərliyi binalara baxarkən burada yaşayan sakinlərlə görüşüb onlarla səmimi söhbət edib. Sakinlərdən Tərlalə İbrahimova, Kifayət Mustafayeva, Sevil Əsgərova və başqaları yaşadıqları binalarda təmir işləri aparıldığına və onlar üçün yüksək şərait yaradıldığına görə Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Hərbiçi ailələrinə diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.

Elçin İSMAYIL

Geri qayıt