Əsas Səhifə > Manşet / Rəsmi > Səyyar görüşlər səmərə verir

Səyyar görüşlər səmərə verir


10-05-2018, 23:29
Səyyar görüşlər səmərə verir
Bu gün tam əminliklə deyə bilərik ki, Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda ön plana çəkilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd sakinləri ilə səyyar görüşlər keçirir, sakinləri narahat edən məsələləri onların öz dilindən eşitməyi fəaliyyətinin ən əsas hissəsi hesab edir. Demək olar ki, rayon rəhbərinin kəndlərdə sakinlərlə keçirdiyi səyyar görüşlər artıq bir ənənə halını alıb.

Növbəti belə bir səyyar görüş bu gün rayonun Xanlıqlar kəndinin sakinləri ilə keçirilib. Kənd sakinləri həmişə olduğu kimi bu dəfə də rayon rəhbərini böyük səmimiyyətlə qarşılayıblar. Ulu öndər Heydər Əliyevin doğum günündə keçirilən bu görüşü onun öz xalqına olan diqqət və qayğısının davamı kimi qiymətləndirərək rəğbətlə qarşılayıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamladıqdan sonra müasir və müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin öz xalqına olan sevgisindən, göstərdiyi diqqət və qayğısından söz açıb. İcra Başçısı bildirib ki, bu gün Vətənini, xalqını və ölkəsini sevən hər bir azərbaycanlı müstəqil dövlətdə yaşamasını ümummilli lider Heydər Əliyevin Azərbaycan naminə etdikləri xidmətlərə borclu olmasını bilməli və qiymətləndirməlidir.
Səyyar görüşlər səmərə verir
Sonra keçirilən səyyar görüş barədə danışan İcra Başçısı qeyd edib ki, bu il artıq beşinci dəfədir ki, sizinlə görüşə gəlmişəm. Bugünkü görüşümüzün də əsas məqsədi həmişə olduğu kimi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Rayon rəhbəri bildirib ki, Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsinin nəticəsidir ki, son 2 ildə rayonumuzda bütün sahələr inkişaf etmiş, uğurlu göstəricilər əldə edilmişdir. Rəcəb Babaşov rayonumuzda görülən işlərdən danışaraq 2017-ci ilin tikinti-quruculuq ili kimi yadda qaldığını qeyd edib. Bağçaların inşasından və əsaslı təmirindən söz açan Rəcəb Babaşov Kosalar, Xanlıqlar, Daş Salahlı, Cəfərli kəndlərindəki uşaq bağçalarının yenidən qurulmasını, şəhərdə isə yeni uşaq bağçasının tikilməsini bu sahədə qazanılan uğurların ən bariz nümunəsi kimi qiymətləndirib. Bildirib ki, ötən il Hüseynbəyli, Çaylı və Kommuna kəndlərinə yeni asfalt yollar çəkilib, Cəfərli kəndində isə bu iş başa çatmaq üzrədir. “Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu da istifadəyə tam hazırdır. Hazırda “İnvestel GROUP” MMC-də, Elektrod Zavodunda, 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında, eləcə də digər sosialyönümlü obyektlərdə tikinti işləri sürətlə davam etdirilir.
Səyyar görüşlər səmərə verir
Bildirib ki, bu gün rayonun elə bir kəndi tapılmaz ki, orada qaz, işıq, su, telefon, yol və digər məişət və sosial məsələlər öz müsbət həllini tapmasın.
Rəcəb Babaşov kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq ötən il bu sahədə yüksək göstəricilərin əldə edildiyini bildirib və bu il Qazax rayonununda əkin sahələrinin 12 mindən 21 min hektara çatdırıldığını qeyd edib.

Gəlir verən sahələrdən biri olan tütün sahəsinin ilbəil artdığını qeyd edən rayon rəhbəri bildirib ki, əgər 2016-cı ildə rayon üzrə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəm 50 hektara çatdırılmışdır. Bol məhsul yetişdirildiyi üçün sahələrdən 80 tondan çox məhsul götürülmüşdür. Tütünün gəlirli olduğunu nəzərə alaraq bu il əkin sahələri daha da genişləndirilmiş və 60 hektarda əkin aparılması nəzərdə tutulmuşdur.

Qeyd edib ki, Respublika Prezidenti İlham Əliyev Azərbaycan üçün ən vacib kənd təsərrüfatı sahələrinin yaxın illərdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayarkən baramaçılığın da strateji məhsul kimi inkişafının vacibliyini diqqətə çatdırmış, iqtisadi baxımdan gəlirli olan, minlərlə insanın iş yerinə çevriləcək baramaçılıq sektorunun böyuk əhəmiyyətini qeyd etmişdir. Qarşıya qoyulan bu mühüm vəzifə Qazax rayonunda uğurla həyata keçirilir. Kənd təsərrüfatının bütün sahələri kimi baramaçılıq da ildən-ilə inkişaf edir.

Artıq üçüncü ildir ki, rayonda barama yetişdirilir və yüksək məhsuldarlıq əldə edilir. Bu il kümçülər 5 ton məhsul təhvil verməyi qarşılarına məqsəd qoymuşlar.

Kənd sakinlərindən Xatın Hüseynxanova, Azad Məmmədov çıxış edərək onlarla mütəmadi görüşlər keçirdiyinə, kənd sakinlərinə daim diqqət və qayğı göstərdiyinə görə İcra Başçısına minnətdarlıqlarını bildiriblər.

Sakinlərdən Səməd Haqverdiyev, Həsən Həsənov, Əsəd Yusifov, Tahir Həsənov, Nüsrəddin Daşdəmirov, Valeh Şahvələdov, Məlahət Məmmədova, İbrahim Həmşəyev söz alaraq kənddə olan bu və digər məsələlər barədə rayon rəhbərliyinə müraciət ediblər. İcra Başçısı vətəndaşları diqqətlə dinlədikdən sonra aidiyyatı üzrə tapşırıqlar verib.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq sakinlərlə səyyar görüşlərin daha tez-tez keçiriləcəyini bildirərək kənd sakinlərinə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Görüş başa çatdıqdan sonra rayon rəhbəri Xanlıqlar kənd körpələr evi-uşaq bağçasında olub, mövcud vəziyyətlə tanış olaraq razı qaldığını bildirib.

Elçin İSMAYIL

Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Səyyar görüşlər səmərə verir
Geri qayıt