Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda qanvermə aksiyası keçirilib

Qazaxda qanvermə aksiyası keçirilib


19-04-2018, 14:00
Qazaxda qanvermə aksiyası keçirilib
Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib. Qazax Müalicə Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasında rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər, rayon sakinləri iştirak ediblər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbərlik etdiyi kollektivlə birlikdə aksiyanın keçirildiyi Qazax Müalicə Diaqnostika Mərkəzinə gəlib və qan verib.
Qazaxda qanvermə aksiyası keçirilib
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Respublika Səhiyyə Nazirliyinin Bakı Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar.

Qazaxda mütəmadi olaraq keçirilən qanvermə aksiyası həmişə olduğu kimi bu dəfə də yüksək mütəşəkkillik şəraitində başlayıb və uğurla başa çatıb.

Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün mərkəzə 400 nəfərə yaxın rayon sakini müraciət edib və onların 162 nəfərindən qan götürülüb.

Qazaxda qanvermə aksiyası keçirilib
Qazaxda qanvermə aksiyası keçirilib
Qazaxda qanvermə aksiyası keçirilib
Qazaxda qanvermə aksiyası keçirilib
Qazaxda qanvermə aksiyası keçirilib
Qazaxda qanvermə aksiyası keçirilib
Qazaxda qanvermə aksiyası keçirilib
Qazaxda qanvermə aksiyası keçirilib
Qazaxda qanvermə aksiyası keçirilib
Qazaxda qanvermə aksiyası keçirilib
Qazaxda qanvermə aksiyası keçirilib
GOYEZEN.AZ

Geri qayıt