Əsas Səhifə > Manşet / Sosial > Qazaxda bütün bağçalar əsaslı şəkildə təmir olunacaq

Qazaxda bütün bağçalar əsaslı şəkildə təmir olunacaq

2-04-2018, 21:13
Qazaxda bütün bağçalar əsaslı şəkildə təmir olunacaq
Qazax rayonunda tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb. Diqqət çəkən məqamlardan biri də odur ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bütün sahələrlə yanaşı, böyüməkdə olan körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün diqqət və qayğısını əsirgəmir.

Bu məqsədlə şəhərdə, eləcə də kəndlərimizdə yeni-yeni uşaq bağçaları tikilmiş və yaxud da əsaslı şəkildə yenidən qurularaq körpələrin istifadəsinə verilmişdir. Buna misal olaraq şəhər mərkəzində inşa olunmuş 3 mərtəbəli 1 saylı körpələr evi-uşaq bağçasını, əsaslı şəkildə təmir olunub istifadəyə verilmiş Kosalar kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçalarını, Xanlıqlar kəndindəki körpələr evi-uşaq bağçasını, Cəfərli kənd uşaq bağçasını və Daş Salahlı kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçalarını nümunə göstərmək olar.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu ilin sonuna kimi rayondakı bütün bağçaların əsaslı şəkildə təmir olunub yenidən qurulacağını bildirib. Bu istiqamətdə artıq əməli işlərə başlanılıb.

Bu gün İcra Başçısı Daş Salahlı kəndinə gələrək 1 saylı körpələr evi-uşaq bağçasına baxıb, vəziyyətlə yerində tanış olub. Bağça binasının yararsız olduğunu və günün tələblərinə cavab vermədiyini bildirərək bağçanın əsaslı şəkildə təmir olunmasının vacibliyini qeyd edib. Bağçanın indiki binasının darısqal olduğunu nəzərə alaraq onun əvəzinə yaxınlıqdakı binada bağça üçün otaqlar ayrılmasını və orada yerləşdirilməsini tapşırıb. Beləliklə, qısa bir vaxtda bağçanın yeni binasının əsaslı çəkildə təmirinə başlanılacaqdır.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərdəki 2 saylı körpələr evi- uşaq başçasına gələrək bağçadakı şəraitlə yaxından tanış olub.
Rayon rəhbərliyinə məlumat verilib ki, iki mərtəbəli bağça binası uzun müddətdir ki, təmir olunmayıb. Baxımsızlıq üzündən bina yararsız hala düşüb və əsaslı təmirə ehtiyac var.

Bağça binasında yaranmış vəziyyətlə yerində tanış olan rayon rəhbərliyi binanın təmir olunması barədə göstəriş verib. Yaxın vaxtlarda şəhər 2 saylı körpələr evi-uşaq bağçasında da təmir işlərinə başlanılacaq və bina əsaslı şəkildə yenidən qurulacaqdır.

Elçin İSMAYIL

Geri qayıt