Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


15-03-2018, 00:56
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş amilini ön plana çəkərək bu gün bir qrup rayon sakinini müraciətləri əsasında fərdi şəkildə qəbul edib. Onları diqqətlə dinləyərək aidiyyatı üzrə tapşırıq və göstərişlərini verib.

Vətəndaşlar əsasən işlə təmin olunmaq və digər məsələlər barədə müraciət ediblər.

Xanlıqlar kənd sakini Budaqova Aytən Namiq qızının işlə təmin edilməsi ilə bağlı müraciəti rayon rəhbərliyi tərəfindən diqqətlə dinlənildikdən sonra ona imtahan verməsi məsləhət olunub.

Ürkməzli kənd sakini Şükürova Gülşən Əhməd qızının işlə təmin olunması ilə bağlı müraciətinə isə İcra Başçısı tərəfindən kömək göstərilməsi cavabı verilib.

Aşağı Əskipara kəndindən olan Mehdiyeva Xavər Müslüm qızının və Qazaxbəyli kənd sakini Fərzəliyev Bəhrəm Fərhad oğlunun müraciətlərinə də İcra Başçısı köməklik göstərilməsi barədə göstəriş verib.

Kosalar kənd sakini Orucova Aygün Fəzail qızının müraciəti də müvafiq olaraq cavablandırılıb.

Fərəhli kənd sakinləri olan əkiz qardaşlar - İbrahimov Cəlal Füzuli oğlu və İbrahimov Cəlil Füzuli oğlu İcra Başçısı ilə səmimi görüşərək Rəcəb Babaşovu Novruz bayramı münasibətilə təbrik edərək ən səmimi arzularını bildiriblər.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ


Geri qayıt