Əsas Səhifə > Manşet / Rəsmi > Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər

Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər


7-03-2018, 20:23
Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq səyyar görüşlər keçirir, sakinlərin müraciətlərini yerində dinləyərək qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərinin istər şəhər, istərsə də kənd sakinləri ilə görüşü artıq bir ənənə şəklini alıb. İcra Başçısı həmin ənənəni bu il də davam etdirir.

Rəcəb Babaşov növbəti səyyar görüşü Ağköynək kəndində keçirib. Görüşdə kənd sakinləri ilə yanaşı, aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri, KİV nümayəndələri də iştirak edib.

Kənd sakinləri rayon rəhbərini böyük səmiyyət və hörmətlə qarşılayıblar. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, qarşıdan gələn 8 Mart - Qadınlar bayramı münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edib, ən xoş arzularını bildirib. Qeyd edib ki, bugünkü görüşün məqsədi rayonumuzda, eləcə də Ağköynək kəndində görülmüş işlərdən, kənd təsərrüfatında əldə edilən uğurlardan, işsizliyin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışmaqla yanaşı, sizi narahat edən məsələləri də öyrənməkdir. İcra Başçısı bildirib ki, qarşıya qoyulan məqsəd Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin layiqincə yerinə yetirilməsi, vətəndaşlara bütün sahələrdə diqqət və qayğı göstərilməsidir.
Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər
İcra Başçısı Rəcəb Babaşov çıxış edərək rayonumuzda görülən işlərdən danışıb, 2017-ci ilin tikinti-quruculuq ili kimi yadda qaldığını qeyd edib. Bildirib ki, Kosalar, Xanlıqlar, Daş Salahlı, Cəfərli kəndlərində uşaq bağçaları əsaslı şəkildə təmir olunaraq yenidən qurulub, şəhərdə isə yeni uşaq bağçası tikilib. Hüseynbəyli, Çaylı və Kommuna kəndlərinə yeni asfalt yollar çəkilib, Cəfərli kəndində isə bu iş davam etməkdədir. “Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu da istifadəyə tam hazırdır. Hazırda “İnvestel GROUP” MMC-də, Elektrod Zavodunda, 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında, eləcə də digər sosialyönümlü obyektlərdə tikinti işləri sürətlə davam etdirilir.

Rəcəb Babaşov kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq ötən il bu sahədə yüksək göstəricilərin əldə edildiyini bildirib və bu il Qazax rayonunun tarixində ilk dəfə olaraq əkin sahələrinin 20 min hektara çatdırıldığını qeyd edib.

Görüşdə çıxış edən kənd sakinlərindən Naibə Həsənova, İlqar Qasımov, Xaliddin Orucov, Dilarə Nağıyeva, Güləfirə Cəfərova, Kifayət Xəlilova və başqaları çıxış edərək Ağköynək kəndində görülən işlərə görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirib, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar.

Sakinlərdən Elnarə Sarıyeva və Arzu Mehdiyevanın işlə təmin olunmaq barədə, Rəşid Qasımov, Zərnişan Cəfərova, İradə Əliyeva və Biləndər Əliyevin isə müxtəlif səpkili müraciətləri rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.

Sonda Səfurə Rəhimova çıxış edərək Ölkə Başçısı İlham Əliyev tərəfindən ona təqdim edilən “Tərəqqi” medalının əməyinə verilən ən yüksək qiymət olduğunu qeyd edib. Öz adından və ailəsi adından Respublika Prezidentinə dərin minnətdarlığını bildirib.

Elçin İSMAYIL

Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər
Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər
Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər
Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər
Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər
Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər
Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər
Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər
Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər
Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər
Səyyar görüşdə sakinlər minnətdarlıq ediblər




Geri qayıt