Əsas Səhifə > Manşet / Rəsmi > “Məqsədimiz sizlərə xidmət göstərməkdir”

“Məqsədimiz sizlərə xidmət göstərməkdir”


1-03-2018, 00:09

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Aşağı Salahlı kəndində keçirdiyi səyyar-görüşdə bu fikir səslənib


“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq kəndlərdə səyyar-görüşlər keçirir, sakinlərin müraciətlərini dinləyir, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. Rayon rəhbərinin istər şəhər, istərsə də kənd sakinləri ilə görüşü artıq bir ənənə şəklini alıb. Həmin ənənə bu il də davam etdirilir.

Rəcəb Babaşovun növbəti səyyar-görüşü Aşağı Salahlı kəndində keçirilib. Ötən ildə 2 dəfə, bu il isə sakinlərlə ilk səyyar-görüşünü keçirən rayon rəhbərliyini kənd camaatı böyük səmiyyət və hörmətlə qarşılayıblar.

Kənd İcra Nümayəndəliyinin qarşısında keçirilən görüşdə kənd sakinləri ilə yanaşı aidiyyatı idarə, müəssisə və təşkilatların rəhbərləri, KİV nümayəndələri də iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, qarşıdan gələn milli bayramımız Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür və cansağlığı arzulayıb, ən xoş arzularını bildirib. Qeyd edib ki, bugünkü görüşün məqsədi rayonda aparılan tikinti-quruculuq işləindən, kənd təsərrüfatında əldə edilən uğurlardan, işsizliyin aradan qaldırılması üçün həyata keçirilən işlərdən danışmaqla yanaşı, sizi narahat edən məsələləri də öyrənməkdir. İcra Başçısı bildirib ki, məqsədimiz cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirmək, vətəndaşlara bütün sahələrdə diqqət və qayğı göstərməkdir.
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
Rayonumuzda görülən işlərdən danışan İcra Başçısı Rəcəb Babaşov qeyd edib ki, ötən il tikinti-quruculuq ili kimi yadda qaldı. Rayonun Kosalar, Xanlıqlar, Daş Salahlı, Cəfərli kəndlərində, eləcə də şəhərin özündə uşaq bağçalarının tikilməsi və əsaslı şəkildə təmir olunması, Hüseynbəyli, Çaylı və Kommuna kəndlərinə çəkilmiş avtomobil yolları, “Azərxalça” ASC tərəfindən tikilərək istifadəyə verilən xalça müəssisəsi bunun ən bariz nümunəsidir. “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda isə rayonumuzda tikintisi davam etdirilən, 100 nəfərə yaxın rayon sakininin işlə təmin olunacağı Elektrod Zavodunda, 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında, eləcə də digər sosialyönümlü obyektlərdə işlər sürətlə davam etdirilir.

Ötən ilin noyabrında “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında keçirilən hərbi vətənpərvərlik tədbirindən söz açan rayon rəhbərliyi bildirib ki, ilk dəfə olaraq respublikamızda keçirilən tədbirin əsas məqsədi Qazaxın Milli Qəhrəmanlarını, şəhidlərini bütün dünyaya tanıtmaq, ən əsası da gənc nəsilin vətənpərvər ruhda böyüməsini təmin etmək, ordu ilə xalqın birliyini nümayiş etdirmək idi.

Tikinti-quruculuq işlərindən danışan Rəcəb Babaşov kənd təsərrüfatı sahəsində qazanılan uğurlardan da söz açıb. Ötən il bu sahədə də uğurlu göstəricilərin əldə edildiyini bildirərək bu il Qazax rayonunun tarixində ilk dəfə olaraq əkin sahələrinin 20 min hektara çatdırıldığını bildirib.

İcra Başçısı rayonumuzda şəhidlərə, onların ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına diqqət və qayğı göstərildiyini bildirərək bu sahədə diqqətəlayiq işlər görüldüyünü qeyd edib. Rayonumuzda yaradılan Şəhidlər Xiyabanının bunun ən bariz nümunəsi olduğunu bildirib.

Kənd sakinlərindən sahibkar Nüsrət Aşırov, körpələr evi-uşaq bağçasının müdiri Afət Küləşova, məktəbin direktoru Cahangir Alnaqov, həkim məntəqəsinin müdiri Dostu Rüstəmova, kənd ağsaqqalı İlham Nəbiyev, Qarabağ müharibəsi veteranı Samir İsgəndərov, şəhid atası Katib Bənnayev və başqaları çıxış edərək rayonda, eləcə də bütün kəndlərdə görülən işlərə görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirib, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar.

Görüş başa çatdıqdan sonra rayon rəhbərliyi Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçasında olub. Körpə balalara göstərilən diqqət və qayğı ilə, bağçaya ayrılan ərzaq təminatı ilə maraqlanıb. Rayon rəhbərliyinə bağçanın ərzaqla təminatında heç bir problemin olmadığı, vaxtlı-vaxtında təmin olunduğu bildirilib.

Daha sonra İcra Başçısı Rəcəb Babaşov Qazaxbəyli kənd uşaq bağçasında da olub. Bağçadakı şəraitlə yaxından tanış olan rayon rəhbərliyi bağçanın dam örtüyünün dəyişdirilməsi, otaqların, binanın xarici fasad hissəsinin rənglənməsi və ayaqyolunun tikilməsi barədə göstəriş verib.

“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
“Məqsədimiz sizlərə xidmət göstərməkdir”
GOYEZEN.AZ

Geri qayıt