Əsas Səhifə > Manşet / Sosial > Səhiyyə müəssisələrində şərait yüksək səviyyədə olmalıdır

Səhiyyə müəssisələrində şərait yüksək səviyyədə olmalıdır

12-02-2018, 21:24
Səhiyyə müəssisələrində şərait yüksək səviyyədə olmalıdır
Qazax rayonunda bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir. Rayonumuzda inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binası buna əyani sübutdur.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq tibb müəssisələrinə baş çəkir, mövcud vəziyyətlə maraqlanır, tapşırıq və tövsiyələrini verir.

Bu gün İcra Başçısı Mərkəzi Xəstəxananın tikintisi ilə yaxından tanış olub, görülən işlərlə maraqlanıb.

Baş iş icraçısı Calal Əfəndiyev rayon rəhbərinə məlumat verib ki, hazırda tikinti işləri ilə 10 briqada məşğul olur. Binanın örtük hissəsində tamamlama işləri aparılıb və yekunlaşmaq üzrədir. Binanın üz hissəsində aparılan suvaq işləri də yekunlaşır. Binanın daxilində inşaatçılar arakəsmələrdə olan işləri demək olar ki, başa çatdırıblar. Eyni zamanda binanın daxilində elektrik və havalandırma işləri həyata keçirilib və bu proses davam etməkdədir. Hazırda hamam və sanitar qovşaqlarına metlak və kafel döşənir. Pilləkənlərə üzlük vurulur, yaraşıqlı bir hala salınır.

Qeyd edib ki, tikintidə bütün işlər paralel aparılır. Binanın daxili ilə yanaşı çöl hissəsində də tikinti işləri görülür. Belə ki, binanın ətrafına hasar çəkilib. Giriş hissəsinə isə aqlay vurulub. Həmçinin binanın hasar hissəsi işıqlanma sistemi ilə tam təchiz olunubdur. Binanın ətrafında görülən işlərdən biri də qazanxana binasının tikintisidir. İnşaatçılar bu işi başa çatdırdıqdan sonra 400 kubmetrlik iki ədəd su hovuzunda tikinti işlərinə başlayıblar. Eyni işlər nasos stansiyasında da həyata keçirilir. Bununla yanaşı, bina ətrafı torpaq işləri də həyata keçirilir ki, o da sona çatmaq üzrədir.

Daha sonra İcra Başçısı rayonlararası Ruhi Xəstəxanada olub. Burada aparılan təmir işləri ilə yaxından tanış olaraq xəstəxanaya baxıb. Burada tikinti-təmir və bərpa işlərini “ARUZMAN” MMC həyata keçirir.

İcraçı direktor Oruc Vəliyev rayon rəhbərliyinə məlumat verib ki, xəstəxana binasının içəri və çöl hissələrində təmir aparılıb. Lazım gələn yerlərə suvaq vurulur, üzləmə işləri görülür, hazır olan yerlər isə rənglənir. Bildirib ki, nəzərdə tutulan işlərin çox hissəsi demək olar ki, görülüb və xəstəxana binası normal görkəmə salınıb. Binanın ətrafında səliqə-sahman yaradılıb. Bir sözlə, xəstəxana binası ilk dəfə belə köklü şəkildə təmir olunub, xəstələrin müalicə olunmaları üçün normal şərait yaradılıb.

Hər iki tikintidə təmir-tikinti və bərpa işləri ilə yaxından tanış olan rayon rəhbərliyi işlərin sürəti ilə yanaşı, keyfiyyətlə aparılmasını da tapşırıb. Qeyd edib ki, rayonun bütün tibb müəssisələri tələb edilən səviyyədə olmalı, insanlara yüksək səviyyədə səhiyyə xidməti göstərilməlidir.

GOYEZEN.AZ

Geri qayıt