Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar razılıq edirlər

Vətəndaşlar razılıq edirlər


5-02-2018, 19:42
Vətəndaşlar razılıq edirlər
Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəsmi qəbul günündən başqa digər vaxtlarda da rayon sakinlərini fərdi şəkildə qəbul etməsi Qazax rayonunda artıq ənənə şəklini alıb.

Bu gün rayon rəhbərliyi bir qrup vətəndaşı fərdi qəbul edərək onların qayğı və problemləri ilə maraqlanıb.

Rəcəb Babaşov Ağköynək kənd sakini Olqa Musayevanı diqqətlə dinlədikdən sonra nəvələri ilə bağlı məsələnin həll olunması üçün göstəriş verib.
Vətəndaşlar razılıq edirlər
Məzəm kənd sakini şəhid ailəsi olan Məmmədova Fazilə Məsim qızı ötən qəbuldan sonra onlara kömək etdiyinə görə rayon rəhbərliyinə minnətdarlıq edib. İcra Başçısı rayondakı bütün şəhid ailələrinə diqqət və qayğı göstərdiyini deyərək F.Məmmədovanın oğlunun və gəlininin işlə təmin olunmaları ilə bağlı tapşırıq verib.

Çaylı kəndində yaşayan şəhid atası Aslanov Yaqub Temraz oğlunun gəlini İsayeva Zülfiyyə Yaqub qızının işlə təmin olunması barədəki müraciəti də öz müsbət həllini tapıb. Rəcəb Babaşov onun işlə təmin edilməsini tapşırıb.

Şəhər sakini Dərgahquluyev Əhməd Süleyman oğlunun işlə təmin olunmaq barədə, Qurbanova Xatirənin və Sabiri Kifayət Mircəfər qızının müxtəlif mövzuda olan müraciətləri də İcra Başçısı tərəfindən müvafiq olaraq cavablandırılıb.

Vətəndaşlar razılıq edirlər
Vətəndaşlar razılıq edirlər
Vətəndaşlar razılıq edirlər
Vətəndaşlar razılıq edirlər
Vətəndaşlar razılıq edirlər
Vətəndaşlar razılıq edirlər
Vətəndaşlar razılıq edirlər
GOYEZEN.AZ

Geri qayıt