Qazaxda Gənclər Günü qeyd olunub » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Gənclər Günü qeyd olunub

Qazaxda Gənclər Günü qeyd olunub
Bu münasibətlə Qazax rayonunda 2 Fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirilib. Gənclər Mərkəzində təşkil olunan tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri, rayonda çalışan, təhsil alan fəal gənclər və tələbələr iştirak edib.

Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək heykəli önünə gül dəstələri qoyub və əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Dövlət Himni səsləndikdən sonra rayonda gənclərlə bağlı görülmüş işləri özündə əks etdirən slayt nümayş olunub.

Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbirdə çıxış edərək rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından gəncləri bayram münasibətilə təbrik edib, xoş və səmimi arzularını çatdırıb. Natiq Gənclər Gününün təsis olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu bildirib. Qeyd edib ki, 1996-cı il fevralın 2-də gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən ümummilli liderin Sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Qazaxda Gənclər Günü qeyd olunub
Gənclər siyasətinin bu gün Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, bu gün qazaxlı gənclərin də ölkənin, eləcə də rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini, ölkənin tərəqqisi naminə səylə çalışdıqlarını diqqətə çatdırıb.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev məruzə ilə çıxış edərək bütün gəncləri Gənclər Günü münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonumuzda fəaliyyətə başladığı ilk gündən gənclərə böyük diqqət və qayğı ilə yanaşır, ictimai həyatın bütün sahələrində gənclərə böyük etimad göstərir.
Qazaxda Gənclər Günü qeyd olunub
Sonra Qazax RİHB Aparatında aparıcı məsləhətçi Müşviq Pirverdiyev, YAP Qazax rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal İsmayılov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, BDU Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri Səkinə Əliyeva çıxış edərək gənclərin rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakından, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsindən, gənc istedadlara dövlət qayğısının artırılmasından, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsindən və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməsindən söz açıblar. Çıxış edən gənclər onlara göstərdiyi diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edən, təhsil, səhiyyə, mədəniyyət sahəsində, rayonun ictimai-siyasi həyatında, hərbi xidmətdə və digər sahələrdə fərqlənən bir qrup gəncə Diplom və qiymətli hədiyyələr verilib.

Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev tədbirə yekun vuraraq Gənclər Günü münasibətilə rayonun bütün gənclərini bir daha təbrik edib və ən xoş arzularını bildirib.

Sonda tədbir çay süfrəsi ətrafında davam etdirilib.

Elçin İSMAYIL

Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub
Qazaxda Gənclər Günü qeyd olunub




Facebook-da paylaş