• Təqvim

  • Unutma

  • Maraq



Qarşıya qoyulan hədəfə inamla irəliləyirik

Qarşıya qoyulan hədəfə inamla irəliləyirik
Qazax rayon İcra Hakimiyyəti Başçısının Hüseynbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında qeyd olunub ki, yola saldığmız 2017-ci il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyib.

RİHB-nın Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndəsi Adil Nuruyev bildirib ki, Ölkə Başçısının uzaqgörən siyasəti Qazaxda çox uğurla həyata keçirilmiş, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. İCMAL.Az Analitik Təhlil Saytı və Azərbaycan–Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin Sorğu-Analitik Mərkəzinin www.AzSLav.orq saytında həyata keçirdiyi “İLİN BAŞÇISI 2017” sorğusunda Qazax rayon İcra Hakimyyətinin başçısı Rəcəb Babaşovun qalib olması rayonumuzda həyata keçirilən işlərə verilən yüksək qiymətdir.
Qarşıya qoyulan hədəfə inamla irəliləyirik
Qeyd olunub ki, Hüseynbəyli kənd İƏD-si üzrə nümayəndəliyi Hüseynbəyli və Canalı kəndlərini əhatə edir. Kəndlərin birlikdə 1160 təsərrüfatı, 3347 nəfər əhalisi vardır.

Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 2 bağca, 1 klub, 1 diyarşünaslıq evi, 2 kitabxana, 2 həkim məntəqəsi, 1 poçt şöbəsi fəaliyyət göstərir.
Nümayəndəliyin, işçi qrupunun təşəbbüsü və kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlıqlarında daim təmizlik işləri aparılır.

2017-ci ildə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Hüseynbəyli və Canalı kəndlərində mütəmadi olaraq kənd sakinləri ilə görüşlər keçirmiş, onları narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlarını vermişdir. İcra Başçısının köməkliyi ilə 2017-ci ildə nümayəndəliyin ərazisində bir çox işlər görülmüşdür. Uzunluğu 2.5 km olan Hüseynbəyli kəndini rayona birləşdirən mərkəzi avtomobil yolu əsaslı təmir edilərək asfalt örtük çəkilmiş, kəndarası yollara və pay torpaqlarına gedən yola çınqıl döşənmiş, Hüseynbəyli və Canalı uşaq bağçaları təmir edilmiş, hər iki kənddə 3 ədəd artezian quyuları qazılmışdır. Kəndlərin ərazisindən keçən ümumi uzunluğu 25 km olan suvarma üçün nəzərdə tutulan arxların 14 km-i əl ilə, 11 km-i isə texnika vasitəsilə təmizlənmişdir.

Nümayəndəliyin ərazisində yaşayan şəhid ailələrinə və aztəminatlı ailələrə bayram günlərində bayram sovqatları verilmişdir.

Hüseynbəyli və Canalı həkim məntəqələrinin kollektivləri əhalinin sağlamlığı keşiyində dayanır.

Hüseynbəyli kənd tam orta məktəbində 261 şargird təhsil alır, 37 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. Keçən il məktəbi bitirən 11 nəfər məzundan 5 nəfər ali məktəblərə daxil olmuşdur. Canalı kənd tam orta məktəbində isə 226 şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 35 nəfər müəllim məşğul olur. Keçən il məktəbi bitirən 10 məzundan 4 nəfəri ali məktəbə, 2 məzun isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Hazırda nümayəndəlik tərəfindən şagirdlərin dərsə davamiyyəti daimi nəzarətdə saxlanılır.

Kəndlərə fasiləsiz olaraq elektrik enerjisi və təbii qaz yanacağı verilmişdir.

Hesabat dövüründə 9 doğum, 10 nigah, 11 ölüm qeydə alınmışdır.

Hüseynbəyli və Canalı kənd əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıq məhsulları istehsalından ibarətdir. Öz çörəyini torpaqdan çıxaran əhalinin torpağa münasibəti müsbət tərəfə dəyişmiş, yüksək məhsul istehsalına maraq artmışdır. 2017-ci ildə kənd əhalisi tərəfindən 128 hektarda payızlıq taxıl, 7 hektarda arpa, 303 hektarda yonca, 20 hektarda tərəvəz, 27 hektarda kartof, 81 hektarda üzüm, 20 hektarda şəkər çuğunduru, 1 hektarda tütün becərilmişdir. 2018-ci ilin məhsulu üçün 178 hektar yer şumlanmışdır ki, bundan 168 hektara buğda səpilmişdir.

Kənd təsərrüfatı bitkiləri əkən 501 nəfər əməkçiyə yanacaq və sürtkü yağlarına görə 31775 manat subsidiya ödənilmişdir.

1 yanvar 2018-ci il tarixə əhali və fermer təsərrüfatlarında 1090 baş iribuynuzlu mal-qara, 5911 baş xırdabuynuzlu qoyun-keçi, 5830 baş ev quş qeydiyyata alınmışdır.
Kənd ağsaqqallarından Əsəd Mahmudov, Novruz Alcanov, Kərəm Nəbiyev, Hüseynbəyli kənd tam orta məktəbin direktoru Mahirə Abbasova və başqaları çıxış edərək kənddə görülmüş işlərdən danışaraq Prezident İlham Əliyevə, rayon İcra Hakimyyətinin başçısı Rəcəb Babaşova kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Qazax rayon İcra Hakimyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat məruzəsinə yekun vuraraq rayon rəhbərliyinin başçılığı ilə Qazaxda həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb, kənd sakinlərinə gələcək işlərində uğurlar arzulayıb.

Elçin İSMAYIL

Qarşıya qoyulan hədəfə inamla irəliləyirik
Qarşıya qoyulan hədəfə inamla irəliləyirik
Qarşıya qoyulan hədəfə inamla irəliləyirik
Qarşıya qoyulan hədəfə inamla irəliləyirik
Qarşıya qoyulan hədəfə inamla irəliləyirik
Qarşıya qoyulan hədəfə inamla irəliləyirik
Qarşıya qoyulan hədəfə inamla irəliləyirik
Qarşıya qoyulan hədəfə inamla irəliləyirik


Facebook-da paylaş