• Təqvim

  • Unutma

  • Maraq



Hesabat yığıncağında uğurlardan danışılıb

Hesabat yığıncağında uğurlardan danışılıb
Qazax rayon İcra Hakimiyyəti Başçısının (RİHB) Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin 2017-ci ildə gördüyü işlərə və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.

Qazax RİHB-nın Aşağı Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Yaşar Əfəndiyev hesabat məruzəsində çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil olmuş 2017-ci ildə qazanılmış nailiyyətlərdən danışıb. Qeyd edib ki, ölkəmizlə yanaşı hesabat ilində rayonumuzda da genişmiqyaslı tikinti-quruculuq işləri aparılıb. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında həyata keçirilən quruculuq və abadlıq işləri nəticəsində ötən il şəhər və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, Qazax respublikamızın ən inkişaf etmiş rayonlarından birinə çevrilmişdir.

Qeyd olunub ki, nümayəndəliyin əhatə etdiyi kənddə təsərrüfatların sayı 466, əhalinin sayı 1929 nəfərdir. Ərazidə 1 bələdiyyə, 1 tam orta məktəb, 1 diyarşünaslıq evi, 1 kitabxana, 1 tibb məntəqəsi, 5 ticarət obyekti, 3 çayxana və 1 çörək bişirmə sexi fəaliyyət göstərir.

Həyata keçirilən kompleks tədbirlər çərçivəsində kəndimizdə infrastruktur layihələr uğurla icra olunur. Kənd təsərrüfatının inkişafı üçün fermerlərə, sahibkarlara güzəştli kreditlər, subsidiyalar verilir. Hazırda ərazidə 62,9 hektar üzüm bağı becərilir.

1 yanvar 2018-ci il tarixə əhalidə 1953 baş iribuynuzlu mal-qara, 9940 baş xırdabuynuzlu qoyun-keçi vardır ki, bu da ötən ilə nisbətən artmaqdadır. Kəndimizdə 3 kəndli fermer təsərrüfatı fəaliyyət göstərir. Hesabat ilində 355,7 ha buğda, 64,5 ha arpa səpilmiş, bu da 2017-ci ilə nisbətən buğdada 45,7 ha, arpada isə 24,5 ha artıq deməkdir. Hazırda səpilmiş sahələrin bir hissəsi suvarılmış və suvarma davam etdirilir. Rayon rəhbərliyinin tapşırığı ilə suvarma arxlarının 22.9 km təmizlənməsi nəzərdə tutulmuşdur ki, bunun da 16.71 km təmizlənmiş və işlər davam edir.
Hesabat yığıncağında uğurlardan danışılıb
Dövlət büdcəsi hesabına Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçasına yumşaq və bərk invertarlar, uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün yellənçəklər, digər maşın avadanlıqları, soyuducu, elektrik plitəsi, ot biçən aqreqat, tozsoran və s. alınaraq fidan balaların istifadəsinə verilmişdir. Bağçanın önündə yerləşən metal barılar təzələnərək taxta materiallarla əvəzlənir.

Bayraq meydanı adlanan yerdə təmir-bərpa işləri aparılmış, dövlət rəmzlərini əks etdirən lövhələr və bayraq yenisi ilə əvəz olunmuş, ətrafında dekorativ ağaclar əkilmişdir.

Kəndin girişində yerləşən və kəndin ünvanını bildirən abidənin ətrafına daş döşənmış, abadlıq işləri aparılmış və işıqlanma sistemi çəkilmişdir.

Hər il olduğu kimi, bu il də kənd bələdiyyəsinin vəsaiti hesabına ərazidə bir neçə silsilə işlər görülmüşdür. Kəndin Məmmərzəlik deyilən məhəlləsindən keçən həm həyətyanı sahələrin suvarılmasını, həm də orada yerləşən bələdiyyə torpaqlarının suvarılmasının yaxşılaşması məqsədilə 1,5 km–lik arx texnika vasitəsilə təmizlənmişdir. Həmin məhəlləni məişət suyu ilə təmin etmək üçün 30-dan artıq ailəni qidalandıran ümumi uzunluğu 375 m olan su xətti çəkilərək hər evin qarşısında krantlar qoyulmuşdur. Başqa bir məhəllədə isə həyətyanı sahələrin suvarılmasında istifadə edillən su arxının üzərində yerləşən uzunluğu 7 m olan sıradan çıxmış 1 ədəd metal boru yenisi ilə əvəz olunmuşdur.

Kəndin içməli su xəttinin mənbəyində və xəttin özündə cari təmir-bərpa işləri aparılmışdır. Hacıxəlili məhləsində 112 ailənin məişət suyu ilə daha yaxşı təmin olunması məqsədilə subartezian quyusunun üzərinə tutumu 20 ton olan dəmir çən qoyularaq əhalinin istifadəsinə verilmişdir.

Kəndin qəbiristanlığında abadlıq işləri aparılmış, bir neçə yerdə ağaclar əkilmiş və qəbiristanlığın giriş qapısı təmir edilərək rənglənmişdir.

Kəndə işıq və qaz fasiləsiz olaraq verilmişdir. Kənddəki tibb məntəqəsi əhaliyə yaxşı xidmət göstərmiş, 29 doğum qeydə alınmış, 10 nəfər dünyasını dəyişmişdir.

Barama istehsalının artırılması məqsədilə Çin xalq respublikasından gətirilmiş 2000 ədəd tut tingi vurulmuş, əlavə olaraq yerli 300 ədəd ting basdırılmışdır. İl ərzində ərazinin bir neçə yerinə ağaclar əkilmiş, yaşıllıqlar salınmışdır.

Ərazidə yaşayan şəhid ailələri və Qarabağ əlillərinə daim diqqət və qayğı ilə yanaşılmış, rayon İcra Hakimiyyəti tərəfindən onlara bayram hədiyyələri göndərilmişdir.

Kənd tam orta məktəbində 219 şagirdin və 21 nəfərdən ibarət 5 yaşlı hazırlıq qrupunun təlim-tərbiyəsi ilə 29 nəfər pedaqoji kollektiv məşğul olur. Məktəbi bitirmiş 12 məzundan 2 nəfər ali məktəbə, 3 nəfər isə kollecə daxil olmuşdur. 35 uşağın tərbiyə aldığı 2 qruplu körpələr evi-uşaq bağçasının binası köhnə olmasına baxmayaraq təmirli və səliqəlidir.

Əhalinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük və heyvandarlıqdır. 2017-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə 723 ha sahəyə 48550 manat pul verilmişdir.

Aşağı Salahlı kənd tam orta məktəbin direktoru Cahangir Alnaqov, məktəbin müəllimi Cəbrayıl Qələndərov, kənd diyarşünaslıq evinin müdiri Rasimə Heydərova, kənd körpələr evi-uşaq bağçasının müdiri Afət Küləşova, tibb məntəqəsinin müdiri Dostu Rüstəmova, sakinlərdən Ofelya Lələyeva, İlahə Mədətova, Fatimə Ballayeva çıxış edərək 2017-ci ildə rayonumuzda, eləcə də Aşağı Salahlı kəndində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev hesabat yığıncağına yekun vuraraq 2018-ci ildə qarşıda daha mühüm vəzifələrin durduğunu bildirib və bu işdə kənd sakinlərinə uğurlar arzulayıb.

Elçin İSMAYIL

Hesabat yığıncağında uğurlardan danışılıb
Hesabat yığıncağında uğurlardan danışılıb
Hesabat yığıncağında uğurlardan danışılıb
Hesabat yığıncağında uğurlardan danışılıb
Hesabat yığıncağında uğurlardan danışılıb
Hesabat yığıncağında uğurlardan danışılıb
Hesabat yığıncağında uğurlardan danışılıb
Hesabat yığıncağında uğurlardan danışılıb
Hesabat yığıncağında uğurlardan danışılıb
Hesabat yığıncağında uğurlardan danışılıb
Hesabat yığıncağında uğurlardan danışılıb


Facebook-da paylaş