Qazaxda şəhidlərin xatirəsinə tikilmiş bulaqların açılışı olub » Göyəzən internet portalı


Qazaxda şəhidlərin xatirəsinə tikilmiş bulaqların açılışı olub

Qazaxda şəhidlərin xatirəsinə tikilmiş bulaqların açılışı olub
Qazax rayonunda şəhidlərin xatirəsi əziz tutulur, onların adlarının əbədiləşdirilməsi istiqamətində təqdirəlayiq tədbirlər həyata keçirilir. Qazax şəhərində, eləcə də rayonun Daş Salahlı və Yuxarı Salahlı kəndlərindəki şəhidlər xiyabanlarının əsaslı şəkildə bərpası, bu müqəddəs məkanların şəhidlərin adına layiq hala salınması bu deyilənlərə əyani sübutdur.
Qazaxda şəhidlərin xatirəsinə tikilmiş bulaqların açılışı olub
Bununla yanaşı olaraq, rayondakı şəhid ailələrinə də İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tərəfindən daima diqqət göstərilir, onlar hər cür qayğı ilə təmin olunurlar. Bu qayğı və diqqətin nəticəsidir ki, şəhid ailələri rayon rəhbərliyindən həmişə razılıq edir, İcra Başçısına öz dərin minnətdarlıqlarını bildirirlər.
Qazaxda şəhidlərin xatirəsinə tikilmiş bulaqların açılışı olub
Bu gün isə aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə inşa olunmuş bulaqların açılışı olub.
Qazaxda şəhidlərin xatirəsinə tikilmiş bulaqların açılışı olub
Şəhərin ən görməli yerində - Heydər Əliyev prospektində tikilən həmin bulaqların açılışına şəhid ailələri, müharibə veteranları və gənclərlə yanaşı yüzlərlə rayon sakini, qonaqlar toplaşıb.

Açılış mərasimlərində Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini yad edərək əzəmətli heykəli önünə gül-çiçək dəstələri qoyublar.

Sonra açılış mərasimləri olub. Bulaqların açılışını bildirən ağ örtük qaldırıldıqdan sonra iştirakçılar tərəfindən bulaqların üstünə qərənfillər, tər gül-çiçək dəstələri qoyulub. Mərasimlərdə hər üç şəhidin, igid Vətən oğullarının keçdikləri şanlı döyüş yollarından danışılıb, onların xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağından söz açılıb.

Şəhid Mühüd Orucovun anası Sima Orucova çıxış edərək övladlarının adlarını əbədiləşdirdiyinə, onların xatirəsinə bulaqları tikdirdiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova şəhid ailələri adından öz dərin minnətdarlıqlarını bildirib.

Daha sonra tədbir Qazax Mədəniyyət Mərkəzində davam edib. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram” adlı tədbir keçirilib.

Azərbaycanın Dövlət Himni səsləndikdən sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazaxda şəhidlərin xatirəsinə tikilmiş bulaqların açılışı olub
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söz açıb.

Qazaxda şəhidlərin xatirəsinə tikilmiş bulaqların açılışı olub
Qeyd edib ki, Ermənistanla 168 kilometr sərhədi olan Qazax rayonunda gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün lazımi tədbirlər həyata keçirilir, veteranlarla görüşlər təşkil olunur, onların döyüş yolu yetişməkdə olan gənc nəsilə nümunə kimi öyrədilir.
Rayonda azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyinin daha da möhkəmləndirilməsinə böyük önəm verilir.

Qazaxda şəhidlərin xatirəsinə tikilmiş bulaqların açılışı olub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov tədbirdə çıxış edərək gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin önəmini qeyd edib. Ölkəmizin müstəqilliyi bərpa edildikdən sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da aparılan məqsədyönlü işlərdən danışıb, Azərbaycan Silahlı Qüvvələrinin artan qüdrətindən söz açıb.

Bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun ən müasir silahlarla təmin olunması, şəxsi heyətin peşəkar hazırlığı ərazilərimizin bütövlüyünün tezliklə təmin olunacağına əminlik yaradır.

Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Vüqar Mirzəyev tədbirdə çıxış edərək aprel döyüşlərində Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbə endirməsindən danışıb, torpaqlarımızın tezliklə azad olunacağından söz açıblar.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanı Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova təqdim olunub. Şəhid ailələrinə xatirə hədiyyələri verilib. Eyni zamanda hərbi fənni tədris edən və həmin fəndə fərqlənən müəllim və şagirdlər də müxtəlif mükafatlarla təltif olunub.

Qazaxda şəhidlərin xatirəsinə tikilmiş bulaqların açılışı olub
Vətənpərvərlik mövzusunda hazırlanmış “Ya Qarabağ, ya ölüm” filminin nümayişi tədbir iştirakçılarında böyük təəssürat oyadıb.

Qazaxda şəhidlərin xatirəsinə tikilmiş bulaqların açılışı olub
Sonra səhnəyə məktəblilər və balaca uşaqlar çıxıb. Şagirdlərin və körpələrin vətənpərvərlik mövzusunda ifa etdikləri şeirlər böyüməkdə olan gənc nəslin mübarizlik ruhunda tərbiyə olunduğundan xəbər verib.

Qazaxda şəhidlərin xatirəsinə tikilmiş bulaqların açılışı olub
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Vətənin müdafiəsinə hazıram” adlı tədbir Azərbaycanın tanınmış hərbi diktoru, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının ifa etdiyi vətənpərvərlik mahnılarının sədaları altında başa çatıb.

Elçin İSMAYIL


Facebook-da paylaş