İcra Başçısı elektrod zavodunda görülən işlərlə tanış olub » Göyəzən internet portalı


İcra Başçısı elektrod zavodunda görülən işlərlə tanış olub

İcra Başçısı elektrod zavodunda görülən işlərlə tanış olub
Prezident İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi dəstək iş adamlarının qarşısında geniş üfüqlər açıb. Ölkə başçısının göstərdiyi diqqət və qayğıya uyğun olaraq Qazax rayonunda da sahibkarlığın inkişafı üçün əlverişli imkanlar yaradılıb.

Sahibkarlığın rolunun gücləndirilməsinin, bu sahənin inkişafına maneçilik törədən bütün neqativ halların aradan qaldırılmasının nəticəsidir ki, Qazax rayonunda sahibkarların sayı daha da artır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütamadi olaraq Xanlıqlar kəndi ərazisində tikilən elektrod zavoduna baş çəkir. Bu gün rayon rəhbərliyi zavoda gələrək burada görülən işlərlə tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən elektrod zavodunun ərazisi 1,5 hektardır. Bunun 2400 kvadratmetr olan örtülü sahəsində məhsul istehsal ediləcəkdir. Tam gücü ilə işləyəndə müəssisədə 100 nəfərə yaxın rayon sakini işlə təmin olunacaqdır.

Hazırda zavodda suvaq, hörgü işləri aparılır, qəliblər düzülür, arakəsmələr tikilir. Zavodun ətrafında da müvafiq işlər görülür. Tikinti işləri sürətlə davam edir.

İcra Başçısı elektrod zavodunda görülən işlərlə tanış olub
İcra Başçısı elektrod zavodunda görülən işlərlə tanış olub
İcra Başçısı elektrod zavodunda görülən işlərlə tanış olub
İcra Başçısı elektrod zavodunda görülən işlərlə tanış olub
İcra Başçısı elektrod zavodunda görülən işlərlə tanış olub
İcra Başçısı elektrod zavodunda görülən işlərlə tanış olub
İcra Başçısı elektrod zavodunda görülən işlərlə tanış olub
GOYEZEN.AZ


Facebook-da paylaş