YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının IV konfransı keçirilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq

YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının IV konfransı keçirilib

Bu gün YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının IV konfransı keçirilib. Konfrans iştirakçıları Qazax şəhərindəki ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər. Ulu öndərin YAP Qazax rayon təşkilatının inzibati binasında olan büstü önünə də gül dəstələri qoyulub.
YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının IV konfransı keçirilib
Sonra YAP Qazax rayon təşkilatının akt zalında konfrans öz işinə başlayıb.

YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Asya Alhüseynova konfransı açıq elan edərək müzakirə olunacaq məsələləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Sonra A.Alhüseynova hesabat məruzəsi ilə çıxış edərək ötən müddət ərzində şura üzvləri tərəfindən görülən işlər barədə konfrans iştirakçılarına məlumat verib.
YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının IV konfransı keçirilib
YAP Qazax rayon təşkilatının sədr müavini Səfurə Vəliyeva, YAP Qazax rayon təşkilatının Şura üzvlərindən Nəsibə Tağıyeva, Səfurə Rəhimova, Tərlan Bədəlova, YAP fəalı Sevda Məmmədova, RİHB Aparatında məsul katib Gülnar Quliyeva, şəhər 1 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Afət Yunusova çıxış edərək rayon Qadınlar Şurası üzvlərinin fəaliyyətindən, həyata keçirilən tədbirlərdıən söz açıblar.

YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək təşkilatda qadınların olduqca fəal olduğunu qeyd edib və konfransın işinə uğurlar arzulayıb.
YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının IV konfransı keçirilib
Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək konfrans iştirakçılarına rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun salamlarını çatdırıb. Həyata keçirilən tikinti-quruculuq işlərindən söz açaraq rayonumuzun simasının gündən-günə dəyişdiyini, bütün sahələrdə müvəffəqiyyətlərin əldə edildiyini bildirib və uğurlu göstəricilərin qazanılmasında qadınların əməyinin də az olmadığını qeyd edib.
YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının IV konfransı keçirilib
Milli Məclisin deputatı, YAP Qadınlar Şurasının üzvü Pərvin Kərimzadə çıxış edərək Azərbaycan qadınlarının cəmiyyətdəki və partiyadakı rolundan, qarşıda duran vəzifələrdən söz açıb. Qeyd edib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik sürətlə inkişaf edir, ölkəmiz dünya birliyində öz layiqli yerini tutub. Qazanılan uğurların əldə edilməsində siyasi arenada alternativi olmayan Yeni Azərbaycan Partiyasının da mühüm rolu var. Natiq yeni seçiləcək şura üzvlərinə gələcək işlərində uğurlar arzulayıb.
YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının IV konfransı keçirilib
Sonra açıq səsvermə yolu ilə YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının yeni tərkibi seçilib.

YAP Qazax rayon təşkilatı Qadınlar Şurası sədrinin seçkisi zamanı şura sədri A.Alhüseynova hal-hazırda işinin çox olduğunu bildirərək səsvermə zamanı bunun nəzərə alınmasını xahiş edib.

Qadınlar Şurasının üzvü Yeganə Göyüşlü açıq səsvermə yolu ilə YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri seçilib. Eyni zamanda şura sədrinin müavinləri də seçilib.

GOYEZEN.AZ

Facebook-da paylaş