• Təqvim

  • Unutma

  • Maraq



Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib

Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib
Qazax rayon İcra Hakimiyyəti Başçısının İkinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə görülmüş işlər və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib.

Kənd İƏD-si üzrə nümayəndəsi Natiq Qədimov çıxış edərək bildirib ki, Qazaxın köklü kəndlərindən olan İkinci Şıxlı kəndi Kür çayının sahilində Qarayazı meşəsi boyunca və Gürcüstan Respublikası ilə sərhəddə yerləşir. Rayon mərkəzindən 41 km şimali-qərbdə magistral İpək yolunun üzərində yerləşən kəndin ərazisi 5245 hektardır.

Kəndin 3939 nəfər əhalisi, 1043 təsərrüfatı var. Kənddə 2 tam orta məktəb, 1 poçt, 568 yerlik ATS, 2 yanacaq doldurma məntəqəsi, 1 bələdiyyə, 6 bərbərxana, 1 həkim məntəqəsi, 1 folklor evi, 2 folklor klubu, 2 kitabxana, 3 körpələr evi-uşaq bağçası, 12 mağaza kənd əhalisinə xidmət edir. Sınıq Körpü avtovağzalı, mənbəyi Xram çayından götürülmüş nasos vasitəsilə vurulan içməli su anbarı fəaliyyət göstərir. V.Musayev adına kənd tam orta məktəbində 334 şagirdin təlim-tərbiyəsi ilə 42 müəllim, Ş.Nəsibova adına tam orta məktəbində isə 189 şagirdin təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur.
Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib
Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. 1 yanvar 2018- ci il tarixə əhali və fermer təsərrüfatlarında 1400 baş iribuynuzlu mal-qara, 6000 baş xırdabuynuzlu qoyun-keçi, 125000 baş quş və 42 baş camış qeydiyyata alınmışdır.

Kənd icra nümayəndəliyi və bələdiyyə əkinçilik və heyvandarlıq sahələrində əhaliyə yaxından köməklik göstərir. Torpağın əkilib becərilməsində və qorunmasında çətinlik olduqda aradan qaldırılmasına çalışırıq. 2017-ci ildə kənd təsərrüfatı sahəsi üzrə 1125 ha buğda, 225 ha arpa, 5 ha şəkər çuğunduru, 1 ha tütün,14 ha qarğıdalı, 8,5 ha tərəvəz, 4 ha bostan və 82 ha təzə yonca səpilmişdir. Ötən illərə nisbətən bu il bütün sahələr üzrə yüksək məhsuldarlıq əldə olmuşdur. 250 kq barama və 1830 kq tütün təhvil verilmişdir.
Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib
2018-ci ilin məhsulu üçün 1591.5 ha şum aparılmışdır ki, ondan 645 ha buğda, 410 ha arpa səpilmişdir. 2 ha torpaq sahəsi tütün üçün nəzərdə tutulmuşdur. Qalan əkin sahəsində isə başqa bitkilər əkiləcəkdir. Hesabat ilində 453 nəfərə 117.429 manat subsidiya ödənilmişdir. Bayramlarda şəhid ailələrinə, tənha insanlara və imkansız ailələrə bayram sovqatları verilmişdir.

Kənd Gürcüstan Respublikası ilə sərhəddə yerləşdiyi üçün hər gün yüzlərlə xarici vətəndaş respublikamızın Qərb qapısı olan “Sınıq Körpü” Buraxılış Məntəqəsindən keçərək ölkəmizə qonaq gəlir. Buna görə də kənddə təmizliyin qorunub saxlanılması diqqət mərkəzindədir. 2017-ci ildə “Sınıq Körpü” Buraxılış Məntəqəsinin ətrafında bir çox abadlıq işləri görülmüş, dekorativ ağaclar əkilərək güllüklər salınmış, işıq sistemləri və dayaqları yenilənmişdir. Kəndimizdən 8 nəfər orada təmizlik işləri ilə məşğul olur.

Kəndarası yolların 5 km hissəsinə 115 maşın qum-çınqıl tökülərək hamarlanmışdır. Şəhidlər Xiyabanında abadlıq işləri görülmüşdür. Kənd qəbiristanlığının 2 km yolu xırlanıb hamarlanmışdır. Qəbiristanlığın birinə dəmir qapı düzəldilmiş, ətrafında olan köhnə dəmir torlar çıxardılaraq yenisi ilə əvəz olunmuşdur. Bakı-Tbilisi magistral şose yolunun kənarları mütamadi olaraq təmizlənir və nəzarətdə saxlanılır.

İkinci Şıxlı kəndinin suvarılması əsasən Xram çayından götürən Şıxlı arxı vasitəsilə həyata keçirilir. Arxın 7.06 km hissəsi lildən, kol-kosdan təmizlənmişdir. Bu proses davam edir.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd əhalisi ilə mütəmadi olaraq görüşlər keçirir, kənd əhalisini narahat edən problemlərlə maraqlanır və yerindəcə həll etmək üçün aidiyyati üzrə lazımi tapşırıqlar verir.

Hesabat ilində rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən kənddə 5 nəfər tərkibdən ibarət olmaqla işçi qrupu yaradılmışdır. İcra nümayəndəliyinin, kənd bələdiyyəsinin, işçi qrupunun təşəbbüsü və kənd əhalisinin iştirakı ilə kəndarası yolların kənarlarında, mərkəzi yolun ətrafında və kənd qəbiristanlığında təmizlik işləri aparılmışdır. Belə iməcilik kənd arasında mütamadi olaraq aparılır və sakinlər iməcilikdə fəal iştirak edirlər. Qeyd olunmuşdur ki, rayon rəhbərliyinin tapşırığına əsasən bu il kənddə olan 3 körpələr evi-uşaq bağçası əsaslı şəkildə təmir olunacaqdır.

İkinci Şıxlı bələdiyyəsinin sədri Fikrət Talıbov, sakinlərdən Natiq Qurbanov, Qurban Mikayılov, Mustafa Omarov, Rafiq Əfəndiyev, Maarif Şəmmədov, Arif Qurbanov, Nərminə Kələşova, Gulara Güləliyeva çıxış edərək hesabat ilində kənddə görülmüş işlərdən söz açmış, İkinci Şıxlı kəndinə göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmişlər. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırmışlar.
Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev yığıncağa yekun vuraraq rayonda həyata keçirilmiş və aparılan tikinti-quruculuq işlərindən, yeni iş yerlərinin yaradılmasından, istifadəyə veriləcək istehsal müəssisələrindən söz açmış, kənd sakinlərinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulamışdır.

Elçin İSMAYIL

Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib
Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib
Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib
Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib
Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib
Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib
Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib
Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib
Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib
Hesabat yığıncağı yüksək əhval-ruhiyyədə keçib


Facebook-da paylaş